Bakıda məktəbli qızı küçədə vurub qaçan kimdir? - VİDEO

Bakıda məktəbli qızı küçədə vurub qaçan kimdir? - VİDEO
Bakıda, "İnşaatçılar" metrostansiyasının çıxışında 2005-ci il təvəllüdlü məktəbli qıza naməlum şəxs tərəfindən hücum olunub.

Sfera.az xəbər verir ki, müraciət edən qızın atası Musa Quliyev hadisənin qəsdən törədildiyini iddia edib.

O, 5 gün keçməsinə baxmayaraq hələ də hadisəni törədən şəxsin tapılmadığını deyir: "Məncə, bu hadisə təsadüfi deyil. Çünki son vaxtlar bir neçə dəfə maşınıma naməlum şəxslər tərəfindən xəsarət yetirilib. Yəqin ki, yenə eyni adamlardır. İndi də ailəmə keçiblər. Hadisənin videogörüntülərini polisə təqdim etmişəm. Hadisə zamanı qızım burun və ağız nahiyəsindən xəsarət alıb, qanayıb. Ekspertizadan rəy də almışam. Məsələ ilə bağlı "102"yə məlumat verdim. Məni 29-cu Polis Bölməsinə dəvət etdilər, izahatım alındı. 5 gündür şəxsin tapılması ilə bağlı tədbir görülmür".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumdan "Qafqazinfo"nun müraciətinə cavab olaraq bildirilib ki, hadisə ilə bağlı vətəndaşın şikayəti əsasında Yasamal Rayon Polis Şöbəsinin 29-cu Polis Bölməsində araşdırma aparılır: "Uşağın atası bölməyə dəvət edilib. Hadisənin videogörüntüləri əldə edilib. Görüntülərdə azyaşlının küçədə hərəkət edən zaman naməlum şəxsin əli ilə ona zərbə vurduğu görünür. Həmin şəxsin tapılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Onun şəxsiyyətinin müəyyən olunması və saxlanılması ilə bağlı müvafiq əməliyyat tapşırığı verilib".
 


OXŞAR XƏBƏRLƏR

Qəzada ölən "AA" nömrəli maşının sahibi kimdir? - FOTO

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqiliyyat hadisəsi baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə ra...

Polis polkovnik-leytenantı iş başında ÖLDÜ

Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib. Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün Xətai Rayon Polis İda...

Üzücü XƏBƏR: 55 min pul yığılan 1 yaşlı uşaq vəfat etdi - VİDEO

"Bizim 11 uşağımız Türkiyəyə müalicə üçün getmişdi. O uşaqlar arasında körpə Amilimiz də var idi. Bu gün Amili itirdik". Bizim.Media xəbər verir ki, bu...

Azərbaycanlı Məmmədpaşanı Afrikada niyə öldürdülər?: “Onlar çox yaşamır” – TƏFƏRRÜATLAR

"Məmmədpaşa Axundovla şəxsi tanışlığım yoxdur. Amma onu deyim ki, Mavritaniyada qızıl axtaranlar çox yaşamır. Əvvəlcə şirnikləndirirlər, daha sonra bütün var...

Bakıda azyaşlı son anda ölümdən xilas oldu – VİDEO

Bakıda azyaşlı uşaq son anda ölümdən xilas olub.   Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.   Görüntülərdən məlum olur ki, mağa...

Bakıda sürücülər yolu kəsib əlbəyaxa dava etdi - ŞOK VİDEO

Binəqədi-Balaxanı yolunda iki sürücü arasında əlbəyaxa dava baş verib.    Sfera.az xəbər verir ki, görüntülər digər avtomobillərdən birinin ...