Bakıda liftin trosu qırıldı, 6 nəfər şaxtaya düşdü - Hadisə yerindən VİDEO

Bakıda liftin trosu qırıldı, 6 nəfər şaxtaya düşdü - Hadisə yerindən VİDEO
Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib. Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsi 18 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında liftin trosu qırılıb.

Sfera.az APA TV-yə istinadən xəbər verir ki, binanın 7-ci mərtəbəsində trosu qırılan lift birbaşa şaxtaya düşüb. Nəticədə həmin vaxt liftin içərisində olan 6 nəfərdən üçü - 1998-ci il təvəllüdlü Məmmədəliyev Hüseyn Elman oğlu, 40 yaşlı Məmmədəliyeva Elnarə Yusif qızı və 16-17 yaşlarında adı hələlik məlum olmayan yeniyetmə oğlan ciddi xəsarətlər alıb. Onlar dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı hər üçündə döş qəfəsinin sındığı müəyyən edilib. Digər zədələnən şəxslərə isə hadisə yerində yardım göstərilib.

Bina sakinlərinin sözlərinə görə, həmin lift nasaz vəziyyətdə olub və əvvəllər də oxşar hadisə yaşanıb.

Hadisənin təfərrüatları araşdırılır. Qəza ilə bağlı hüquq mühafizə orqanlarına və digər aidiyyəti qurumlara da məlumat verilib.



OXŞAR XƏBƏRLƏR

Bakıda gecə klubunda partlayışdan sonra DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib. Sfe...

Bakıda qumbaralar aşkarlanıb - VİDEO

Bakıda qumbaralar aşkarlanıb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "1...

Ötən sutka 52 yanğına çıxış olub - VİDEO

Ötən sutka Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən 52 yanğına çıxış, 2 kömək...

Bakı şəhər İcra Hakimiyyətinin qarşısında maşın aşdı - VİDEO

Bakı şəhəri, Səbail rayonu ərazisində ağır yol qəzası baş verib. Sfera.az xəbər verir ki hadisə şahidlərinin baku.ws-in "qaynar xətti”nə verdikləri məluma...

Zığ şosesində zəncirvari qəza - VİDEO

Bakıda zəncirvari avtomobil qəzası baş verib. Sfera.az  xəbər verir ki, hadisə Zığ şosesində qeydə alınıb. Qəza baş verən yerdən görüntüləri tə...

Zaurun verilişində qayınana gəlinin saçından tutub sürüdü - VİDEO

ATV kanalında yayımlanan "Bizimləsən” verilişində qalmaqal baş verib. Sfera.az xəbər verir ki, Zaur Baxşəliyevin proqramında iştirak edən gəlinlə qayınana...