Bakıda keçmiş məhkum kafe sahibini bıçaqla hədələdi, polisə müqavimət göstərdi - Ayağından VURULDU

Bakıda keçmiş məhkum kafe sahibini bıçaqla hədələdi, polisə müqavimət göstərdi - Ayağından VURULDU
Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə aprelin 29-da saat 2:50 radələlərində Maştağa qəsəbəsində yerləşən kafelərin birində münaqişə olması barədə məlumat daxil olub.
 
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata əsasən, dərhal polis əməkdaşları həmin ünvana gəliblər.

Araşdırma zamanı kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1000 manat pul tələb etməsini, kafenin şüşələrini sındırmasını, işçilərdən birinə isə bıçaqla xəsarət yetirərək getməsini bildirib.
 
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda həmin şəxsin yeri müəyyənləşdirilib. Saxlanılması üçün ona yaxınlaşdıqda həmin şəxs bıçaqla polis əməkdaşlarına hücum edib xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını zədələyib.
 
Bu zaman polis əməkdaşları tabel silahından havaya 2 dəfə xəbərdarlıq atəşi açıb. Buna baxmayaraq o, silahlı müqavimətini davam etdirdiyindən ayaq nahiyəsinə atəş açılmaqla zərərsizləşdirilib.
 
Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərib, yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər. Hazırda onun vəziyyəti qənaətbəxşdir, həyatına təhlükə yoxdur.
 
Araşdırmalarla həmin şəxsin əvvəllər üç dəfə məhkum olunmuş Maştağa qəsəbə sakini, 49 yaşlı Teymur Yolçuyev olduğu müəyyən edilib.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
 

OXŞAR XƏBƏRLƏR

Qəzada ölən "AA" nömrəli maşının sahibi kimdir? - FOTO

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqiliyyat hadisəsi baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə ra...

Polis polkovnik-leytenantı iş başında ÖLDÜ

Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib. Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün Xətai Rayon Polis İda...

Üzücü XƏBƏR: 55 min pul yığılan 1 yaşlı uşaq vəfat etdi - VİDEO

"Bizim 11 uşağımız Türkiyəyə müalicə üçün getmişdi. O uşaqlar arasında körpə Amilimiz də var idi. Bu gün Amili itirdik". Bizim.Media xəbər verir ki, bu...

Azərbaycanlı Məmmədpaşanı Afrikada niyə öldürdülər?: “Onlar çox yaşamır” – TƏFƏRRÜATLAR

"Məmmədpaşa Axundovla şəxsi tanışlığım yoxdur. Amma onu deyim ki, Mavritaniyada qızıl axtaranlar çox yaşamır. Əvvəlcə şirnikləndirirlər, daha sonra bütün var...

Bakıda azyaşlı son anda ölümdən xilas oldu – VİDEO

Bakıda azyaşlı uşaq son anda ölümdən xilas olub.   Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.   Görüntülərdən məlum olur ki, mağa...

Bakıda sürücülər yolu kəsib əlbəyaxa dava etdi - ŞOK VİDEO

Binəqədi-Balaxanı yolunda iki sürücü arasında əlbəyaxa dava baş verib.    Sfera.az xəbər verir ki, görüntülər digər avtomobillərdən birinin ...