Bakıda güclü külək nəticəsində yaşayış binasının bir hissəsi uçdu - FOTO

Bakıda güclü külək nəticəsində yaşayış binasının bir hissəsi uçdu - FOTO
Bakıda güclü külək nəticəsində yaşayış binasının bir hissəsi uçub.

Sfera.az xəbər verir ki, hadisə dünən axşam saatlarında, Xətai rayonu, Araz Novruzov 34 ünvanında yeləşən binada qeydə alınıb.

Belə ki, binanın bir hissəsi uçub, daşlar və qamışlar yerə tökülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri sakinlərin müraciətləri əsasında əraziyə baxış keçiriblər.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov "Report” a açıqlamasında bildirib ki, bina qəzalıdır: "Tərəfimizdən bütün əlaqədar təşkilatlara məlumat verilib. Məsələ diqqətimizdədir”

P.İmanov vurğulayıb ki, Bakı şəhərində qəzalı binaların inventarizasiyasına başlanılıb: "Yaxın zamanlarda qəzalı və kəskin qəzalı binalarla bağlı qərar veriləcək, bizdə üzərimizə düşən öhdəlikləri yerinə yetirəcəyik”.

Bina sakini Skayeva Nadejda Mixalovna bildirib ki, ikimərtəbəli, iki bloklu binada 12 ailə yaşayır. Onun sözlərinə görə, bina əvvələr Heydər Əliyev adına Neft Emalı Zavodunun işçilərinə yaşayış məqsədilə verilib: "Güclü külək sadəcə təkan olub. Bina uzun müddətdir qəzalı və təhlükəli vəziyyətdədir. Hər an üzərimizə aşa bilər".

Qeyd edək ki, bina 1933-cü ildə tikilib və Xətai rayon İcra Hakimiyyətinin balansındadır.

 


 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...