Bakıda dəmiryolu stansiyasında ahıl kişinin başına daşla xəsarət yetirildi - FOTOLAR + VİDEO

Bakıda dəmiryolu stansiyasında ahıl kişinin başına daşla xəsarət yetirildi - FOTOLAR + VİDEO
Bakıda ahıl kişinin başına daş parçası ilə xəsarət yetirilib.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 17-də paytaxtın Binəqədi rayonu, Biləcəri dəmiryolu stansiyasının ərazisində şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər vətəndaş Həmid Ağayevə yaxınlaşıb onun baş nahiyyəsinə daş parçası ilə vuraraq yerə yıxıb. Daha sonra həmin şəxs zərərçəkənin üzərində olan 540 manat pulu quldurluq yolu ilə ələ keçirib.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zərərçəkənin izahatı alınıb.

Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər dəfələrlə quldurluq və soyğunçuluq cinayətləri etdiyi üçün məhkum edilmiş Samir Xudaverdiyev saxlanılaraq Polis Şöbəsinə gətirilib və istintaqa təhvil verilib.

Samir Xudaverdiyev ifadəsində hadisə günü zərərçəkəni metronun "28 May” stansiyasının yaxınlığında gördüyünü və onu Biləcəri qəsəbəsinə qədər təqib edərək orada həmin şəxsə qarşı quldurluq etdiyini bildirib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. Samir Xudaverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

"Onun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Samir Xudaverdiyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.
 


OXŞAR XƏBƏRLƏR

Bakıda polislərin əmrinə tabe olmayan "Range-Rover"in sürücüsü həbs edildi - FOTO + VİDEO

Bakıda yol hərəkəti qaydalarını ardıcıl kobud şəkildə pozan və polislərin "Saxla" əmrinə tabe olmayan sürücü inzibati qaydada həbs edilib. Bu barədə Sfera...

Yeraltı anbarlarda 104 kq narkotik gizlədən narkotacirlər saxlanıldı - FOTO + VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları növbəti əməliyyat keçirib, xüsusi olaraq hazırlanan yeraltı anbarlarda 104 kiloqram narkotik maddə gizlədən na...

“Bandotdel”dən böyük əməliyyat - Silahlı şəxslər saxlanıldı - FOTOLAR + VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şə...

Narkotik vasitələrin təbliği ilə məşğul olan şəxs saxlanıldı - FOTOLAR + VİDEO

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Saray qəsəbəsində narkotik vasitələrin q...

Bakı polisi əməliyyat keçirdi, saxlanılanlar var - FOTO + VİDEO

Paytaxtın Nəsimi, Səbail, Binəqədi rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə Sfera.az-a Daxili İşlər...

Polis əməliyyat keçirdi, saxlanılanlar var - FOTOLAR + VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 76 kiloqram narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Sfera...