Bakıda AZTV əməkdaşının meyidi tapıldı

Bakıda AZTV əməkdaşının meyidi tapıldı

Dünən axşam saatlarında Bakının Suraxanı rayonunda mənzillərdən birindən meyit tapılıb.

Sfera.az lent.az-a istinadən bildirir ki, saat 18 radələrində Yeni Günəşli qəsəbəsi AB yaşayış massivi ev 60, mənzil 21 ünvanından 1965-ci il təvəllüdlü Bağırov Zahid Aydın oğlunun meyidi tapılıb.

Bildirilir ki, Z.Bağırovla əlaqə saxlaya bilməyən yaxınları ondan narahat olublar və dünən bacısı onun yaşadığı mənzilə gəlib. Qadın evdə qardaşının meyidini aşkarlayıb və dərhal hüquq-mühafizə orqanlarına bu barədə məlumat verib.
 
İlkin araşdırma nəticəsində Z.Bağırovun qida borusunun xorasınan əziyyət çəkdiyi və bu xəstəliyin təsiri ilə vəfat etdiyi müəyyən edilib.
 
Qeyd edək ki, Z.Bağırov Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AZTV) təcrübəli operatorlarından olub və uzun illər imiş ki, telekanalda işləyirmiş.


OXŞAR XƏBƏRLƏR

Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə vəfat edib. Sfera.a...

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı or...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Bakı metrosunda həyəcanlı anlar - Nasazlıq YARANDI

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.   "...

Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi

Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub. Sfera.az bildirir ki,"Qafqazinfo”nun əldə etdiyi məlumata görə...

Qərargah rəisindən yanğınla bağlı AÇIQLAMA: 7 nəfər təxliyə edilib

Bu gün saat 22:29 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş ver...