Bakıda armaturla öldürülən müəllimə - Polis qardaşını təsadüfən tanıdı

Bakıda armaturla öldürülən müəllimə - Polis qardaşını təsadüfən tanıdı

İki gün əvvəl Bakının Xətai rayonunda ali məktəb müəllimi amansızlıqla öldürülüb.

Gecə saatlarında Yusif Səfərov küçəsində yaşayan 37 yaşlı Dilarə Hüseynova özündən 5 yaş böyük əri Namiq Əkbərzadə tərəfindən amansızlıqla qətlə yetirilib. 

Criminal.az-a daxil olan məlumata görə, Bakı Biznes və Koorperasiya Kollecində tarix müəlimi işləyən D.Hüseynovanı əri gecə saatlarında armaturla ölümcül döyüb. Sonra isə təcili yardıma zəng edərək evdən qaçıb. Dəhşətli cinayət ailənin iki azyaşlı övladlarının gözləri qarşısında baş verib. Çağırılan ünvana gələn təcili yardım əməkdaşları D.Hüseynovanı qan içərisində 3 saylı şəhər xəstəxanasına çatdırıb. Aldığı zərbələrdən beyninə qan sızan D.Hüseynova dünən səhər dünyasını dəyişib.

Hadisənin ən dəhşətli məqamlarından biri isə cinayət törədilən mənzilə polis əməkdaşları gələndə yaşanıb. Xəstəxanadan məlumat alan polis əməkdaşları D.Hüseynovanın yaşadığı mənzilə gələrkən evdə ağlaşan iki uşaqdan başqa heç kim olmayıb. Evdə olan polislərdən birinin gözü divardakı Dilarə ilə qardaşının fotosuna sataşıb. Qadının qardaşı ilə təsadüfən tanış olan polis əməkdaşı ona zəng edib. Bundan sonra D.Hüseynovanın əri tərəfindən döyülməsi məlum olub.

İddiaya görə, N.Əkbərzadə narkotik maddə istifadəçisi olub. Onun arvadına qarşı zalımlıqla etdiyi əməlin isə hansı səbəbdən baş verdiyi bilinmir.

Mərhumun işlədiyi kollecdən criminal.az-a bildirildi ki, D.Hüseynova savadlı müəllimələrdən biri olub. Onun başına gətirilən cinayətdən isə media vasitəsilə xəbər tutublar.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. 


OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...