Bakı yoluna Brüssellə davam edəcək – İlham Əliyevdən mühüm mesajlar

Bakı yoluna Brüssellə davam edəcək – İlham Əliyevdən mühüm mesajlar
Dünən Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı müşavirədə valyuta gəlirlərinin artdığını, qeyri-neft sektorunun inkişafını vurğulamaqla yanaşı, Qarabağdakı son vəziyyət və Ermənistanla münasibətlərdən də söz açıb. Prezident çıxışı zamanı həm də bir sıra mesajlar verib.

ATƏT-in Minsk Qrupu ilə bağlı yekun qərar...

Prezident İlham Əliyevin müşavirədə toxunduğu məsələlərdən biri də ATƏT-in Minsk Qrupunun gələcəyi məsələsi oldu. Prezident haqlı olaraq qeyd etdi ki, biz bu münaqişəni özümüz həll etdik: "Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır”. 

Ölkə başçısının bu sözlərini Azərbaycanın ATƏT-in Minsk Qrupu ilə bağlı yekun qərarı kimi də qiymətləndirmək olar. Belə ki, 44 günlük müharibə ilə rəsmi Bakı 28 ildən artıq davam edən "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsini hərbi yolla yekunlaşdırdı. Hazırda Dağlıq Qarabağ adlı ərazi vahidi olmadığı kimi, bu adda bir münaqişə də yoxdur. Mövcud problemləri "Ermənistan-Azərbaycan” münaqişəsi kimi qiymətləndirmək olar. İki ölkə arasındakı mövcud problemləri heç bir halda ATƏT-in Minsk Qrupu həll edə bilməz. Çünki qrupun belə bir səlahiyyəti, mandatı yoxdur. 

ATƏT-in Minsk Qrupu keçmiş Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməli idi. Qurum bunu edə bilmədiyi kimi, Ermənstan ilə Azərbaycan arasında baş verən müharibənin də qarşısını ala bilmədi. Rəsmi Bakı hazırda yoluna Brüssel formatı ilə davam edir. Birinci və ikinci Brüssel görüşlərində əldə edilən razılaşmalar, atılan konkret addımlar bu formatın daha konstruktiv və məhsuldar olduğunu göstərir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müşavirədə Avropa İttifaqının vasitəçiliyini müsbət qiymətləndirdiyini də söylədi. Avropa İttifaqının postmünaqişə dövrünün reallıqlarını qəbul etdiyini deyən dövlət başçısı buna misal olaraq Brüsseldə qəbul edilən ortaq bəyanatlarda "Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsini göstərdi. Bu, həm də Azərbaycanın Ermənistanla həllini gözləyən məsələlərdə Brüsselin vasitəçiliyinə inamını artıra bilər. 

Ermənistan 5 baza prinsipini qəbul etdi!

Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə Azərbaycanın sülh üçün təklif etdiyi 5 baza prinsipi qəbul etdiyi məlum idi. Görüş sonrası da bu haqda məlumatlar var idi. Prezidentin müşavirədə bu məsələni bir daha qeyd etməsi isə məlumatı tam təsdiqləmiş oldu. 

Prinsip etibarilə, Ermənistanın bu şərtləri qəbul etməkdən başqa çarəsi də yox idi. Hər şeydən əvvəl bunu İrəvandan Brüssel də tələb edib. İndiki məqamda Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyü qəbul edib və ərazi iddiasından əl çəkməsi məsələsi sual yaradır. Çünki Ermənistan rəsmiləri açıqlamalarında hələ də Qarabağın "statusunun” müəyyənləşməsi məsələsini dilə gətirirlər. Nəticə etibarilə Ermənistan tərəfi verdikləri vədə əməl etməlidir. Əks təqdirdə iki ölkə arasında sülh mümkün olmayacaq.

Hər halda bunu qarşıdakı zaman göstərəcək, lakin Prezidentin bu məsələdə əmin danışması bunun baş verəcəyinə, ən azından rəsmi Bakının əlində İrəvana qarşı təzyiq "rıçaq”larının olduğunu göstərir. 

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...