Bahalaşan neft valyuta gəlirlərimizi nə qədər artıracaq? - TƏHLİL

Bahalaşan neft valyuta gəlirlərimizi nə qədər artıracaq? - TƏHLİL
Azərbaycanın 2022-ci ilin birinci rübündə ixrac etdiyi "Azeri Light” markalı neftin orta qiymətinin 102,7 dollar olması ölkə iqtisadiyyatı üçün olduqca əlverişlidir. Bu qiymət proqnozlaşdırılan qiymətdən (50 dollardan) 52,7 dollar və ya 2,05 dəfə yüksəkdir.

Sfera.az-ın məlumatına görə, hazırda beynəlxalq birjalarda formalaşan qiymətlər 2022-ci ilin iyun ayı üçün razılaşdırılır. Deməli, iyun üçün satılan Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı olmayıb.

Mövcud vəziyyət onu göstərir ki, 2022-ci ildə neftin orta qiyməti ölkəmizdə proqnozlaşdırılan qiymətdən xeyli yüksək olacaq. Müxtəlif qiymətləndirmələrə görə il ərzində orta qiymətin 90-100 dollar səviyyəsində qalma ehtimalı güclüdür.

Neftin ucuzlaşma ehtimalı da var. Ehtimal neftin qiymətinin kəskin enəcəyi ilə bağlı deyil. Ən azından siyasi, hərbi və iqtisadi amillər xam neftin kəskin ucuzlaşmasını çətinləşdirir.

Xam neftin dünya qiymətinin səviyyəsinə təsir edən əsas amillərdən biri olan qlobal məcmu tələbin dinamikasında bərpa meyillərinin sürətlənir. 2021-ci ildə dünya iqtisadiyyatı, qlobal ticarət və sənaye istehsalı, investisiya qoyuluşları xeyli artıb. Bu proses cari ildə də davam edir. Qlobal artım və ticarət meyillərinin güclənməsini nəzərə alsaq neftin qiymətinin kəskin azalması ehtimalı istisna olunur.

Xam neftin qiymətinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətinin böyük olması hamıya bəllidir. Ölkənin əsas ixrac əmtəəsi olan xam neftin qiymətinin artması Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) və Azərbaycan Beynəlxalq Əməkdaşlıq Şirkətinin (ABƏŞ) ödədiyi mənfəət vergisi vasitəsilə büdcəyə birbaşa təsir göstərir. Neftin qiyməti 50 dollar olduğu təqdirdə neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi 630 milyon manat proqnozlaşdırılıb. Orta qiymət 2 dəfə artarsa, mənfəət vergisi üzrə gəlir 1,25 milyard manatı ötəcək.  

Bahalaşan neft Dövlət Neft Fondunun gəlirlərini də ciddi səviyyədə artırır. Neftin barelinin qiymətinin 10 dollar artması Fondun gəlirlərini 1,4 milyard dollar artırır. Əgər ilin yekununda orta qiymət 90 dollar olarsa, Fondun əlavə gəliri 5,6 milyard dollar, 100 dollar olarsa, 7 milyard dollar təşkil edəcək.

Hesablamalara əsasən, bu il neftin orta qiyməti 55 dollar olarsa, Neft Fondunun gəlir və xərcləri tarazlaşacaq. Neftin qiyməti 55 dollardan yüksək olduqda isə büdcədə profisit yaranacaq.

Nəhayət, neftin qiymətinin əlverişli səviyyəyə qalxması Azərbaycanın tədiyə balansında profisitin həcmini artıracaq. Bu hal manatın sabitliyinin güclənməsinə və iqtisadiyyatın daha çox pulla təmin edilməsinə də əsas yaradacaq.

Sadalananlar göstərir ki, neftin bahalaşması ölkəmizin fiskal gəlirlərinin artmasına böyük faydası olacaq.
 
Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

Sahibkarsınız? Biznesinizi daha rahat və sürətli böyüdə bilərsiniz!

Kredit növləri arasında ən çox seçilən nağd pul kreditlərindən biri də sahibkarların biznes yolunda müraciət etdiyi Mikrokreditdir. Bu yazımızda Mikrokreditlə...

Biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ: Hansı sahədə uğur qazanmaq olar? - FOTO

Bu gün hər hansı obyekt açmaq istəyən iş adamını narahat edən əsas məsələ həmin obyektin yerləşməsidir. Artıq bir faktdır ki, məkanın yerləşdiyi ərazi biz...

Bu məhsullar niyə sürətlə bahalaşır?

Məhsulların bir çoxu, o cümlədən yuyucu tozlar xaricdən tədarük olunur. İstehsalçı ölkələrin məhsulların qiymətini bahalaşdırması Azərbaycanda olan qiymətlərin ...