Bağlarda xəstəlik yayılması riski ilə bağlı XƏBƏRDARLIQ

Bağlarda xəstəlik yayılması riski ilə bağlı XƏBƏRDARLIQ
Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən bağlarda yarpaq dəlikliyi və boz çürümə xəstəliklərinin yayılması riski yaranıb.
 
Sfera.az xəbər verir ki, bu xəstəliklərin əsasən gilas, şaftalı və nektarin bağlarında yayılması riski var. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hər üç rayon üzrə 2166 fermerə SMS bildiriş göndərilib. Göndərişdə qeyd olunan xəstəliklərin yayılma riski ilə əlaqədar qabaqlayıcı tədbirlər görmək, aqronomlarla məsləhətləşmək tövsiyə olunub.

Qeyd edək ki, boz çürümə xəstəliyinə "Monilia laxa” göbələyi səbəb olur. İlkin əlamətlər çiçək mərhələsində, çiçəklərin büzüşərək quruması və yeni zoğların inkişafdan dayanması kimi müşahidə olunur. İnkişaf etməkdə olan meyvələrin bəzi hissələri isə qəhvəyi-boz rəngdə çürüməyə başlayır.

Yarpaq dəlikliliyi xəsətliyinə "Stigmina carpophila” göbələyi səbəb olur. Xəstəlik tumurcuqlara, yarpaqlara və meyvəyə zərər vurur. Yarpaqlarda ilk başda ləkələr 1 mm böyüklüyündə yuvarlaq və qırmızı-sarı rəngdədir. Daha sonra tündləşən ləkələr quruyaraq tökülür və deşik izlər buraxaraq ağacların fotosintez etmə qabiliyyətini aşağı salır. Meyvə üzərindəki xəstəlik əlamətləri isə kiçik ölçülü, lakin çox sayda dairəvi ləkələrdir.

Xəstəliyin yaz aylarında yayılma riski yüksək olduğu üçün mübarizə üsullarında aqronomlarla məsləhətləşərək təyin olunmuş intervalda dərman səpmək məsləhət görülür.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

Sahibkarsınız? Biznesinizi daha rahat və sürətli böyüdə bilərsiniz!

Kredit növləri arasında ən çox seçilən nağd pul kreditlərindən biri də sahibkarların biznes yolunda müraciət etdiyi Mikrokreditdir. Bu yazımızda Mikrokreditlə...

Biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ: Hansı sahədə uğur qazanmaq olar? - FOTO

Bu gün hər hansı obyekt açmaq istəyən iş adamını narahat edən əsas məsələ həmin obyektin yerləşməsidir. Artıq bir faktdır ki, məkanın yerləşdiyi ərazi biz...

Bu məhsullar niyə sürətlə bahalaşır?

Məhsulların bir çoxu, o cümlədən yuyucu tozlar xaricdən tədarük olunur. İstehsalçı ölkələrin məhsulların qiymətini bahalaşdırması Azərbaycanda olan qiymətlərin ...