Bağçada körpəsinə şiddət göstərilən ATA DANIŞDI

Bağçada körpəsinə şiddət göstərilən ATA DANIŞDI
"2019-cu il təvəllüdlü uşağımı döyən tərbiyəçi Zülfiyyə Baxışova yaxın qohumumdur”.

Sfera.az  qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri uşaq bağçasında tərbiyəçi tərəfindən şiddət göstərilən azyaşlının atası, İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülərdən danışarkən deyib.

"Mənim bundan başqa üç övladım da İsmayıllıda 1 saylı uşaq bağçasında təhsil alıb”, - deyə R.Mirzəliyev böyük rezonans doğuran hadisə ilə bağlı açıqlamasında bildirib.

O əlavə edib ki, hazırda hadisə ilə bağlı araşdırma gedir:

"Özümüz də sözügedən görüntünü sosial şəbəkədə görmüşük. Təbii, bu görüntülər bizi üzdü. Hər zaman bizim ailə ilə Zülfiyyə Baxışova arasında mehriban, isti münasibət olub. Bundan başqa, mənim digər övladlarımın da tərbiyəsi ilə sözügedən müəllim məşğul olub. Heç zaman ondan narazı olmamışıq. Hadisə ilə bağlı övladım da evdə hər hansı bir söz deməyib”.

Rəşid Mirzəliyev uşağının səhhətindən də söz açıb: "Hazırda övladımın səhhəti normaldır. Hər hansı bir problem yoxdur”.

OXŞAR XƏBƏRLƏR

Yoluxanların bu günə olan statistikası AÇIQLANDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 210 yeni yoluxma faktı qeydə alınıb, 3 851 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər...

Ermənilər Tovuzu atəşə tutdu - Müdafiə Nazirliyi məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-i saat 22:30-dan etibarən dövlət sərhədinin Tovuzqala rayonunun Güləli yaşayış məntəqəsində yerləşən mövqe...

Martda 13 gün iş olmayacaq

Mart ayında iki bayramın olması istirahət günlərinin sayını artırır. Sfera.az xəbər verir ki, ayın ilk bayramı 8 Mart - Beynəlxalq Qadınlar Gününə düşür. ...

Son sutkada neçə nəfər yoluxub?

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2749 yeni yoluxma faktı qeydə alınıb, 3971 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər v...

Sabahdan COVID pasportu ilə bağlı bu qadağalar tətbiq ediləcək - SİYAHI

Fevralın 15-dən etibarən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə 6 ay, həmi...

Nəcməddin Sadıkovun adı bu dəfə generalın qətlində hallandı

2009-cu il fevralın 11-də Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri  və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, o dövrdə müdafiə nazirinin müavini ola...