"Azəriqaz"ın 8 əməkdaşı işdən çıxarıldı

"Bu ilin yanvar-aprel ayları ərzində "Azəriqaz” İstehsalat Birliyi 3 milyard 817 milyon kubmetr təbii qaz qəbul edib”.
 
Sfera.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən "Açıq qapı” aksiyası zamanı bildirib.
 
Onun sözlərinə görə, bu ilin 4 ayı ərzində qəbul edilən təbii qazın həcmi 891 milyon sənaye xətləri, 2 milyard 926 milyon kubmetr əhali xətləri üzrə olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə qaz qəbulunda 321 milyon kubmetr artım deməkdir. Baş direktor bu ilin aprel ayında isə "Azəriqaz” İstehsalat Birliyi tərəfindən 540 milyon kubmetr təbii qaz qəbul olunduğunu qeyd edib. Görüş zamanı Birlik rəhbəri 2022-ci ilin yanvar-aprel aylarının yekunlarına dair hesabatı Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin diqqətinə çatdırıb. Bu ilin yanvar-aprel ayları ərzində "Azəriqaz” İB-nin paylayıcı şəbəkəsində qaz itkilərinin azalma həcmi 88 milyon kubmetr olduğu diqqətə çatdırılıb. Birlik rəhbərinin sözlərinə görə, bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 8,3 % azdır.
 
Həmçinin Ruslan Əliyev bu ilin yanvar-aprel ayları ərzində "Azəriqaz” İB üzrə işçilərə 1435 intizam tənbehi verildiyini bildirib. "Bunlardan 323-ü mühəndis-texniki işçilərə, 1112-si isə fəhlə heyətinə verilib. İntizam tənbehlərindən 839-u töhmət, 457-si sonuncu xəbərdarlıqla şiddətli töhmət, 131-i aylıq əməkhaqqının dörddə biri məbləğində tutulma, 8-i isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azadetmə olub” – deyə, baş direktor vurğulayıb.
 
Bundan əlavə, Birlik rəhbəri qazlaşma və təmir işləri ilə bağlı məlumatı da təqdim edib. Yanvar ayından indiyədək 32 kənddə qazpaylayıcı xətlərin çəkilişi işlərinin davam etdirildiyi qeyd edilib. Yanvar-aprel ayları ərzində 201 km yeni qaz xətti çəkildiyə də diqqətə çatdırılıb. Həmçinin Ruslan Əliyev görüş zamanı media nümayəndələrinin suallarına da aydınlıq gətirib. Keçirilən aksiya canlı yayımlandığından sosial şəbəkə üzərindən daxil olan suallar da Birlik rəhbəri tərəfindən cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...