Azərbaycanlılar Türkiyədə mənzil alışını artırıb – RƏQƏMLƏR

14:57 / 15.04.2022
1839
2022-ci ilin birinci rübündə Azərbaycan vətəndaşları Türkiyədə 297 ədəd mənzil alıb.
Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, birinci rübdə aylar üzrə ən çox mənzil martda satılıb. Azərbaycan vətəndaşları martda 115 ədəd, fevralda 93 ədəd, yanvarda 89 ədəd mənzil alışını həyata keçirib.
Ötən ilin birinci rübü ilə müqayisədə Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı mənzillərin sayı artıb. Ötən ilin yanvar-mart ayları ərzində 251 ədəd mənzil alındığı halda, bu il alınan mənzillərin sayı 46 ədəd artıb.
Vasif
Sfera.az