Azərbaycanlılar Sarkisyanı Berlinə getməyə peşman etdilər - Mitinq +Foto+Video

Azərbaycanlılar Sarkisyanı Berlinə getməyə peşman etdilər - Mitinq +Foto+Video

Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sarkisyan bu gün Almaniyaya səfərə gedib. O, səfər əsnasında Almaniya kansleri Angela Merkel və Almaniya dövlət başçısı Yoaxim Qaukla görüşərək Qarabağ məsələsini müzakirə edəcək.

"Qafqazinfo”nun məlumatına görə, hazırda görüşün baş tutacağı Federal Kansler binasının qarşısında xeyli sayda azərbaycanlı var. Onlar erməni prezidentinə qarşı keçirilən mitinqdə iştirak edərək bir milyondan çox məcburi köçkünə dəstək nümayiş etdirir, son günlər cəbhə xəttində baş verən erməni təxribatlarına etiraz edirlər.

Etiraz mitinqində iştirak edən soydaşlarımızın sözlərinə görə, hazırda Sarkisyan Federal Kansler binasına daxil olub. Aksiya iştirakçıları "Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndirir. Binanın qarşısında 300-dən çox etirazçı var.

Mitinq iştirakçıları əvvəlcə dövlət himnini, daha sonra əsgər marşını oxuyublar. Qadağan olunsa da, aksiyada "Sarkisyan terrorçu" şüarı da səsləndirilib.

Sarkisyan Berlində etirazla qarşılandı - Azərbaycanlıların mitinqi +Foto+Video
Sarkisyan Berlində etirazla qarşılandı - Azərbaycanlıların mitinqi +Foto+Video

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər

Fərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri vəzifəsinə təyin edilməsi günün əsas müzakirə mövzularındandır. Bu, islahat dalğasının davamlılığının göstəri...

“Qarabağ klanı”ndan ŞOK PLAN – Azərbaycanla bağlı bütün razılaşmalar sıradan ÇIXARILIR

Ermənistanda müxalifətin, revanşist qüvvələrin etiraz aksiyaları Bakını növbəti təxribatla üz-üzə qoyaraq, sülh danışıqlarına mane ola biləcək yeni hərbi ə...

Ərdoğan açılışda İlham Əliyevə HƏDİYYƏ VERDİ - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ...

Ermənistan sülh sənədi təqdim etdi – 6 bənddə hansı təkliflər var?

Edmon Marukyan Ermənistanın Azərbaycana təqdim etdiyi 6 bəndlik sülh müqaviləsinin şərtlərini açıqlayıb. Ermənistan Respublikasının mühüm işlər üzrə səfiri ...

Türkiyədə dəniz üzərində hava limanı açılır - İlk enişi prezidentlərin təyyarəsi edəcək

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezi...