Azərbaycanlı kriminal avtoritetə 18 il həbs cəzası verildi - FOTO

Azərbaycanlı kriminal avtoritetə 18 il həbs cəzası verildi - FOTO
Abşeron rayonunda yerləşən istirahət mərkəzlərinin birində qətl törətməkdə təqsirləndirilən İbrahim Muxtarova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Sfera.az  xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı İ.Muxtarova 19 il iş istəmişdi.

Qeyd edək ki, hadisə 2014-cü ilin avqustun 16-da Abşeron rayonunda yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.

Belə ki, İ.Muxtarov Böyükağa Əliyevi qətlə yetirib. Daha sonra o, istintaqdan yayınıb, "İnterpol" xətti ilə axtarışa verilib və 2021-ci ildə həbs edilib.

İstintaq orqanları tərəfindən İ.Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, İ.Muxtarovun kriminal aləmin üzvü olduğu bildirilir. O, "Vəziyyət İbrahim" kimi tanınır.
 
(report)

OXŞAR XƏBƏRLƏR

Bu rayonun icra baçısına 11 il həbs cəzası verildi - FOTO

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə icl...

Bakıda tanınmış blogeri amansızcasına öldürən əmisi oğlunun FOTOSU

Dünən saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində 24 yaşlı əmisi oğlu Əmrulla Güləliyev tərəfindən bloger kimi tanınan Əvəz Şıxməmmədovun qətli b...

Azərbaycanda vəzifəli şəxsin qardaşı adam GÜLLƏLƏDİ

İmişli rayonunda güllələnmə hadisəsi baş verib. Hadisə fevralın 22-də rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb. 1981-ci il təvəllüdlü Xalid İbrah...

Bakıda baldızını və uşaqlarını öldürən müəllimin FOTOSU

Bakıda ana və övladlarını qətlə yetirən Əhəd Əliyev 2010-2015-ci ildə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru, 2015-ci ildən sonra Sabirabad şəhər N. Nə...

Bakıda evində 2 övladı ilə öldürülən qadının FOTOSU

Xəbər verdiyimiz kimi, dünən Bakıda qətl hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxa...

Rusiyada “qanuni oğru” ovu - Kriminalitetlər yüksək statusa görə həbs edilir

Rusiyada "qanuni oğru”ların ovu davam edir.  Sfera.az  xəbər verir ki, 2020-ci ildə Rusiya Federasiyası Cinayət Məcəlləsinə edilən dəyişikliklər...