Azərbaycanlı gənc oteldə biləklərini kəsib özünü binadan atdı - Dəhşətli intihar ANBAAN VİDEODA

Azərbaycanlı gənc oteldə biləklərini kəsib özünü binadan atdı - Dəhşətli intihar ANBAAN VİDEODA
Türkiyənin Yalova şəhərində dəhşətli intihar hadisəsi baş verib.

Sfera.az baku.ws-ə istinadən xəbər verir ki, şəhərin mərkəzi küçələrindən birində yerləşən oteldə H.Hüseynov adlı şəxs intihar edib. Azərbaycanlı şəxs özünü dördüncü mərtəbədən atıb. H. Hüseynov (30) oteldə biləklərini kəsib. Daha sonra mənzilin balkonuna keçən gənc özünü aşağı atıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım və polis işçiləri cəlb edilib. Yaxınlıqdakı xəstəxanaya aparılan şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Azərbaycanlı gəncin intiharının görüntüləri də yayılıb.


***

Türkiyənin Yalova şəhərində 30 yaşlı azərbaycanlı intihar edib.

Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, azərbaycanlı H.H. qaldığı hotelin vanna otağında güzgünü sındıraraq damarlarını kəsib, ardınca eyvana çıxaraq özünü atıb.

Ağır yaralanan H.H. qaldırıldığı xəstəxanada həyatını itirib.

Hadisə şəhərin Cümhuriyyət prospektində yerləşən hotelin üçüncü mərtəbəsində qeydə alınıb.

Hotelin altındakı dönərçinin qabağına düşən H.H.-yə ətrafdakı vətəndaşlar kömək etməyə çalışıb. O, Yalova Dövlət Xəstəxanasına aparılsa da, gec olub.

Polis hadisə yerində araşdırmaya başlayıb.

OXŞAR XƏBƏRLƏR