Azərbaycanlı aktrisa Ermənistan filmində - FOTOLAR

Azərbaycanlı aktrisa Ermənistan filmində -  FOTOLAR
Rusiyanın Azərbaycan mənşəli teatr və kino aktrisası Səbinə Əhmədova erməni diasporunun maliyyələşdirdiyi “Bir zəlzələnin tarixçəsi” filmində rol alıb.
Sfera.az modern.az-a istinadən xəbər verir ki, 1988-ci il dekabrın 7-də Ermənistanın Spitak rayonunda baş verən dağıdıcı zəlzələdən bəhs edəcək filmdə Səbinə Əhmədova zəlzələdən sağ çıxan erməni qadın obrazı yaradacaq.
“Bir zəlzələnin tarixçəsi” filminin baş rollarını rusiyalı aktyorlar Konstantin Lavronenko, Mariya Mironova, Artyom Bıstrov və erməni aktyor Viktor Stepanyanın ifa edəcək. Filmin premyerası 2016-cı il dekabrın 1-də Moskvada baş tutacaq. Layihənin rejissoru Sarik Andreasyan, prodüsserləri isə Ruben Dişdişyan və Arama Movsesyan olacaq.
Bundan öncə, “erməni soyqırımı”nın 100 illiyinə həsr olunan “Yaşaya bilmədiyimiz həyat” filmində rol alan Səbinə Gülbəlay qızı Əhmədova 1981-ci il sentyabrın 23-də Bakıda anadan olub. O, Rusiyada böyük auditoriya toplayan “Klub” serialında, “Böyük şəhərdə sevgi”, “Olimpius İnferno”, “8 ilk görüş” filmlərində çəkilib.
Səbinə Əhmədova son illərdə Hollivud filmlərində də rol almağa başlayıb. O, ABŞ-da çəkilən “Mavi arzu”, “Kişilər yalan danışmır” filmlərində və “Sibir” televiziya serialında rol alıb.
Sfera.az

OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

Renka qalmaqallı görüntülərindən danışdı: "Hamımız ana südü ilə böyüyürük... " - VİDEO

Rəqqasə Renka (Rəna Ağamuradova) qalmaqallı videosu ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, bu haqda "MTV maqazin"ə danışan rəqqasə müzakirələrə ...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Klarnet ifaçısından biabırçı açıqlama: “Qızımı Elməddinin şəkli ilə qorxudurdum”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktyor Elməddin Cəfərovla bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.   Sfera.az yazır ki, musiqiçi qız...

Nazilə Səfərlinin oğlunun toyuna 1000 manat yazdıran MƏŞHURLAR KİMLƏRDİR? - VİDEO

Şair Nazilə Səfərlinin oğlu Nurlana etdiyi toyun əks-sədası bitmək bilmir. "7 canlı” verilişində aparıcı Vüsalə Əlizadə onun övladının toyuna pu...