Azərbaycanın xalq artisti vəfat etdi - FOTOLAR

Azərbaycanın xalq artisti vəfat etdi - FOTOLAR
Azərbaycan Xalq artisti, qoboyçusu, bəstəkarı və pedaqoqu Kamil Cəlilov dünyasını dəyişib.

Sfera.az  Lent.az-a istinadən xəbər verir ki, 84 yaşında vəfat edən musiqiçi bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan K.Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir. Ailəli idi, 3 qızı var.

OXŞAR XƏBƏRLƏR