Azərbaycanın bu kəndində qızlar təhsil ala bilmir - "5 min manat kifayətdir ki..."

Azərbaycanın bu kəndində qızlar təhsil ala bilmir -
Təhsil eksperti Kamran Əsədov Lerik rayonunun Dico kəndində yerləşən ibtidai məktəb binasının acınacaqlı vəziyyətindən söz açıb.
 
Sfera.az bildirir ki, ekspert sözügedən məktəbin 2 şagirdi, 1 müəllimi olduğunu deyib. Əsədov qeyd edib ki, burada şagirdlərin təhsil alması üçün şəraitin varlığından söhbət belə gedə bilməz:

"Bu səbəbdən kənddəki qız uşaqları təhsil ala bilmirlər. Belə ki, şagirdlər burada 4-cü sinfə qədər təhsil aldıqdan sonra digər kəndə - 8 km uzaqlıqda yerləşən məktəbə köçürülür. Oğlan uşaqları həmin kənd məktəbində 11-ci sinfədək təhsillərini davam etdirsələr də, qızlar məsafə uzaq olduğundan, bundan məhrumdurlar. Düşünərsiniz ki, balaca kənddir, məktəbə ehtiyac yoxdur. Bəli, kənd balaca yerdir, amma bu məktəbi bərbad olan və 13 evlik kəndin II Qarabağ müharibəsində 3 şəhidi, 4 qazisi, 10 döyüşçüsü olub. Mən utandım. 2 otaqlı bir normal, 10 metrlik tikili maksimum 5 min manata başa gələr. Daha gözləmək lazım deyil ki, büdcə vəsait ayırsın”.

Qeyd edək ki, məktəbin uzunluğu 5, eni isə 3 metrdir. Həmin məktəblə bağlı bir neçə dəfə mətbuatda yazılar dərc edilib.

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

"Direktorların təyinatında ciddi qanun pozuntularına yol verilir" - Deputat iki məktəbin adını çəkdi

"Son zamanlar məktəb direktorlarının təyinatında yol verilən ciddi qanun pozuntuları neqativ halların dərinləşməsinə səbəb olur”.   Sfera.az bildirir ki,...

"Müəllimlərin hamısının qadınlardan ibarət olması 20-30 il sonra problemlərə səbəb olacaq" - Ekspert

"Müəllimlərin hamısının getdikcə qadınlardan ibarət olması xalqımıza 20-30 il sonra qaça bilməyəcəyi ciddi problemlər yaşadacaq». Sfera.az bildirir ki, bu...

"Əyani təhsilə qayıtmaqda gecikmişik" - Pandemiyanın təhsilə vurduğu zərbəni necə aradan qaldırmaq olar?

Pandemiya bəlkə də ən çox təhsil sahəsinə zərbə vurdu. Bütün dünyada olduğu kimi Azərbaycanda da bu dövrdə təhsilin keyfiyyəti xeyli aşağı düşdü. Hazırda isə po...

İmtahanlar DİM-dən alınıb Təhsil Nazirliyinə verilir? – AÇIQLAMA

Bir neçə gün öncə professor Şahlar Əsgərov imtahanların Dövlət İmtahan Mərkəzindən alınıb Təhsil Nazirliyinin öhdəliyinə verilməsini təklif edib. O, bunu təhsil...

50 min nəfər niyə biabırçı nəticə göstərdi? - Buraxılış imtahanlarından bəzi sualların çıxarılması təklif olunur

Builki buraxılış imtahanlarında 92 673 nəfər iştirak edib. Onlardan təxminən 23 650 nəfər 0-50 bal arası, təxminən 300 nəfər 0 bal nəticə əldə edib. 10 800 nəfə...

Rektordan təhsilli işsizlər problemi ilə bağlı TƏKLİF

"Ali təhsil məzununun işə qəbul edilməməsinin əsas səbəblərindən biri kimi onların iş təcrübələrinin olmaması qeyd edilir”.   Sfera.az bildirir ki, bunu ...