Azərbaycanda Telekanal Yayımını Dayandırdı – “Maliyyə Çətinliyinə Görə”

Azərbaycanda Telekanal Yayımını Dayandırdı – “Maliyyə Çətinliyinə Görə”
Bu gün səhər saatlarında "ARB Media Qrup”a daxil olan tematik musiqi kanalı "ARB Ulduz”un peyk vasitəsi ilə yayımının dayanması müşahidə olunub.
 
Məsələ ilə bağlı "ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli  Azxeber.com-un suallarını cavablandırıb.
– Bu gün səhər saatlarından etibarən "ARB Ulduz”un peyk vasitəsilə yayımının olmadığı müşahidə edilir. Bu hansısa texniki problemlə bağlıdır?
 
 "Xeyr, texniki problemlə bağlı deyil. "ARB Ulduz” telekanalının peyk vasitəsilə yayımının birdəfəlik dayandırılması qərarı qəbul edilib”.
 
– Buna səbəb nədir? 


 "Bildiyiniz kimi müasir dövrdə telekanallar bir çox hallarda reklam gəlirlərinin hesabına maliyyələşir. "ARB Media Qrup”a daxil olan kanallar da buna istisna deyil. "ARB Ulduz” telekanalı ölkə reklam bazarında özünü tam maliyyələşdirəcək qədər gəlir əldə edə bilmirdi. Təəssüf ki, ölkəmizdə tematik televiziyalar reklam bazarından kifayət qədər vəsait əldə edə bilmirlər. Reklam bazarının əsas iştirakçıları, ümumölkə və çoxşaxəli məzmunda fəaliyyət göstərən telekanallardır. Elə məhz bu səbəbdən də musiqi yönümlü tematik kanal olan "ARB Ulduz” da reklam bazarının oyunçularından birinə çevrilə bilmədi”.
– Bəs "ARB Media Qrup”a daxil olan digər tematik kanal olan "ARB Günəş”in taleyi necə olacaq?
 
Bəli, "ARB Günəş” Azərbaycanın ilk  və yeganə tematik uşaq kanalıdır. Bu telekanalın əsas auditoriyası azyaşlı tamaşaçılardır. Yuxarıda qeyd etdiyim kimi, digər tematik telekanallarda olan kommersiya problemləri "ARB Günəş”ə də şamil edilir. Lakin, Azərbaycan dilində yayımlanan uşaq telekanalının nə dərəcədə vacib bir iş olduğunu nəzərə alsaq, "ARB Media Qrup” daxili imkanlar hesabına kanalın yayımını davam etdirməyi düşünür.

OXŞAR XƏBƏRLƏR

Helikopter qəzası ilə bağlı suallara generaldan cavab - "Əgər biz tələsərək bu elanı etsəydik..."

Faciəvi fəlakətdən - Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterin qəzasından və 14 yüksək vəzifəli zabitin həlak olmasından bizi artıq bir həftə ayırır. Tə...

Təbəssümü ilə düşmənə dərs verən balaca qəhraman: "Gülərək qorxmadığımı demək istəyirdim"

Ötən il oktyabrın 11-də gecə saat 2 radələrində Gəncənin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində xəsarət alan balaca qəhraman 1 il sonra o anları ...

Səhiyyə Nazirliyindən oruc tutanlara TÖVSİYƏ

  Azərbaycan Tibb Universitetinin Qidalanma və Kommunal gigiyena kafedrasının müdiri, dosent İbrahim Əhmədov Ramazan ayında immun sisteminin zəifləməməsi ...

“Hazırda aparılan islahatlar Azərbaycan Ordusunun güclənməsinə xidmət edir” – Deputat

"Bu gün hərbi hissələrin təmir olunması, yenilərinin tikilib istifadəyə verilməsi, Azərbaycan əsgərinin və zabitinin bütün təminat formalarında şəraitinin ya...

Əlilliyi olan rəqqasə: “Sən bacarmazsan” deyənlərə inad bunu bacardım - MÜSAHİBƏ

İncəsənət əngəl tanımır. O, insana bütün maneələrdən çıxarmağa kömək edir. Təəssüf ki, əlilliyi olan insanlara hər zaman lazımi diqqət ayrılmır. Bu səbəbdə...

Səfurə İbrahimova: “Ailəli olsa da, yalvarırdı ki, onunla yaşayım” - MÜSAHİBƏ - FOTO

Sfera.az kulis.az-a istinadən Xalq artisti, aktrisa Səfurə İbrahimova ilə olan müsahibəni təqdim edir. - Jurnalistəm, sizinlə söhbət etmək istəyirəm. - Mən h...