Azərbaycanda polisləri döyüb formasını cıran şəxslərə HÖKM OXUNDU

Azərbaycanda polisləri döyüb formasını cıran şəxslərə HÖKM OXUNDU
Ötən ilin sentyabrında Şəkinin Baş Şabalıd kəndində polislərə müqavimət göstərərək onlara xəsarət yetirən T.Mahmudov və R.Quliyevə (şərti) hökm oxunub.
 
Sfera.az-ın məlumatına görə, onlar Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirli bilinib. Şəki Rayon Məhkəməsində oxunan hökmlə 36 yaşlı Turala 1 il 6 ay, 27 yaşlı Rəşidə isə 9 ay müddətinə həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər sentyabrın 21-də Baş Şabalıd kəndində toyda yeyib-içiblər. Daha sonra Tural sərxoş halda həmkəndlisini ölümlə hədələyərək ona hücum edib. Həmin şəxsin polisə məlumat verməsindən sonra Şəki Rayon Polis Şöbəsinin İstintaq qrupunun üzvləri - Növbətçi Hissənin sürücüsü, polis baş serjantı V.V, Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Z.Z və Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı T.T saat 20:00 radələrində Baş Şabalıd kəndinə gəliblər.

İttihama görə, onlar Turalın yerini müəyyən edərək saxlamaq istəyərkən həmin şəxs "məni burdan 40 polis də apara bilməyib, 3 polis nə edəcək?” deyərək müqavimət göstərib. Bu zaman ona Rəşid də kömək edib. Onlar polislərə hücum edərək zərbələr endiriblər, həmçinin paltarlarını cırıblar. Polislər Turalı tutaraq maşına salmaq istədikdə o, polis əməkdaşının əlini dişləyərək xəsarət yetirib və kənddəki çaya doğru qaçaraq uzaqlaşıb.
Daha sonra həmin şəxslər tutularaq polis şöbəsinə gətirilib və barələrində cinayət işi açılıb.
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...