Azərbaycanda pandemiya yeni mərhələyə keçir? - Professordan AÇIQLAMA

Azərbaycanda pandemiya yeni mərhələyə keçir? - Professordan AÇIQLAMA
Son günlər koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur. Hətta bir sıra vətəndaşlar, modul tipli xəstəxanaların fövqəladə iş rejiminə keçdiyini iddia edir, bu istiqamətdə narahatlıqlar artır.
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən tibb elmləri doktoru, professor Musa Qəniyev bildirib ki,  yoluxmaların artması normaldır və bu, qaçılmaz prosesdir. Onun sözlərinə görə, mövcud vəziyyəti başqa bir hal kimi yox, yalnız statistik artım kimi dəyərləndirmək lazımdır:

Yoluxma sayı hətta 5-6 rəqəmli olsa belə, bunun xüsusi narahatlığa səbəb olan elmi əsası yoxdur. Bu hal sərt  karantin səbəbindən, fəsli patogen virusların müəyyən növbələşmə dövrünə qədərki, nisbi  "aqressivləşməsidir”. Bunun COVİD-19, onun "Omikron” və ya hər hansı bir digər bir ştamının fəallaşması ilə mütləq əlaqə və birbaşa bağlılığı yoxdur. Təbii qanunauyğunluğa görə, məlum zaman və məkan daxilində bütün xəstələnmə və ölüm halı, dominant olaraq öndə olan infeksiyaya bu və ya digər dərəcədə bağlı olur.  Hər bir insan il ərzində 2-3, bütün ömrü boyu isə 200-220 dəfə müxtəlif viral infeksiyaya  yoluxur”.

Professor qeyd edib ki, bu gün kütləviləşən boğazda ağrı, burunda tutqunluq, kəskin öskürək və temperaturun subfebril, nadir hallarda febril göstəriciyə yüksəlməsilə müşahidə olunan klinik vəziyyətin aktiv davam etmə müddəti 5-7 gündür:

"Bundan sonra hətta bir müddət öskürək və burunun axması əlamətləri saxlanıla da bilər. Məlum xəstə qrupları nəzərə alınmazsa, təbii immunitet və vaksinasiya səbəbindən, virus aşağı tənəffüs yolu subhüceyrəvi strukturlarına qarşı nisbi inaktivdir. Odur ki, infeksiyanın aşağı tənəffüs yollarına transformasiyası, yəni atipik pnevmoniyanın inkişafı ehtimalı minimumdur. Pnevmoniya kimi ağırlaşma uşaqlarda isə, ümumiyyətlə müşahidə edilmir. Hələ bir neçə ay bundan əvvəl, dekabr, yanvar ayında yoluxmanın kəskin artacağı, lakin virusun aktiv virulentliyinin 7 gündən artıq  davam etməyəcəyini bildirmişdim. Deməli ÜST, karantin müddətini 7 günə endirməklə, zamanında söylədiklərimi təsdiq etdi. Yəni pandemiya artıq başa çatır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Ramazan sonrası hansı şəkildə qidalanmaq lazımdır – Mütəxəssisdən AÇIQLAMA

Məlum olduğu kimi Ramazan ayı boyunca oruc olan şəxslər gün ərzində normal qidalana bilmir. 1 ay ərzində saatlarla davam edən aclıq və susuzluq sonradan bəzi şə...

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə DƏYİŞİKLİKLƏR ediləcək

Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Bunu İcbari Tibbi Sığorta üzrə Döv...

Son sutkada yoluxanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda bu gün koronavirus infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər verir ki,...

Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ ...