Azərbaycanda oğurladıqları dollarları torpağa basdıranlar ələ keçdi - FOTOLAR

Azərbaycanda oğurladıqları dollarları torpağa basdıranlar ələ keçdi - FOTOLAR
Qax rayonu Almalı kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Qax Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən 9300 ABŞ dolları və 4 min manat pulunun, eləcə də qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəki rayon sakinləri - Şahid Balliyev və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Nicat Abdulkərimov tutularaq istintaqa təhvil veriliblər.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, əvvəllər zərərçəkənin fermasında çoban işləyən Şahid Balliyev Bakıda kirayədə yaşadığı Nicat Abdulkərimovla əlbir olaraq gecə saatlarında həmin şəxsin yaşadığı ünvana daxil olublar. Pul və qızılları götürdükdən sonra Şəki rayonuna qayıdan dostlar 4 min manatı öz aralarında bölüblər, dolları isə bankaya qoyaraq iz itirmək məqsədilə N.Abdulkərimovun yaşadığı ünvanda torpağa basdırıblar. Keçirilmiş tədbirlərlə qızıl-zinət əşyaları və torpağa basdırılmış pullar onlardan maddi sübut kimi götürülüb.

Şahid Balliyevin izahatı alınarkən onun yanvar ayında da həmin evdən 10 000 manat pul oğurladığı və bundan sonra Bakı şəhərinə gedərək restoranlarda xərclədiyi məlum olub.

OXŞAR XƏBƏRLƏR

DTX onu həbs etdi - FOTO

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Sfera.az ...

Evindən narkotika tapılan qadın edama məhkum edildi – FOTO

İsrailli Fida Kivan Dubaydakı evində narkotik saxlamaqda günahkar bilinərək edam cəzasına məhkum edilib. Sfera.az xəbər verir ki, bəzi mənbələrdə 38, bəzi...

Rus-türk mafiyasının 1 ton kokainini ələ keçirən şəxs - “Valyagin cinayəti”

Baltikyanı ölkələrdə kriminal dünyanın əfasənəsi sayılan Gennadi Valyaginin (Dlinnıy) qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.  Sfera.az xatırla...

Goranboyda arvadını öldürən şəxsin FOTOLARI

Xəbər verdiyimiz kimi, Goranboyda həyat yoldaşını avtomobillə vurduqdan sonra bıçaqla qətlə yetirən şəxs saxlanılıb. Sfera.az bildirir ki, "Qafqazinfo”nun...

Polisin öldüyü qəza ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi Hacıqabul rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən Sfera.az-a verilən xəbə...

Bakıda polislərin əmrinə tabe olmayan "Range-Rover"in sürücüsü həbs edildi - FOTO + VİDEO

Bakıda yol hərəkəti qaydalarını ardıcıl kobud şəkildə pozan və polislərin "Saxla" əmrinə tabe olmayan sürücü inzibati qaydada həbs edilib. Bu barədə Sfera...