Azərbaycanda nazirlərin qadın müavinləri olacaq

Azərbaycanda nazirlərin qadın müavinləri olacaq
Azərbaycan BMT-nin Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının aradan qaldırılmasına dair Konvensiyasına (BMT-nin 1325 saylı qətnaməsi) imza atıb, amma hələlik bununla bağlı fəaliyyət planını qəbul etməyib. Əgər bu plan qəbul edilsə, bütün strukturların rəhbərlərinin müavinlərindən ən azı biri qadın mütləq olacaq.
 
 

Bunu Milli.Az-a Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğludeyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, gender bərabərliyinin təmin olunması üçün bütün nazirliklərdə, komitələrdə qadın müavinlər olmalıdır: "Güc, hüquq-mühafizə strukturlarının, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, hətta Müdafiə Nazirliyindən tutmuş bütün digər dövlət qurumlarının hamısının rəhbərlərinin qadın müavinləri olacaq. Əgər Konvensiyanın icrası üzrə müvafiq plan qəbul edilsə, bunlar mütləq həyata keçirilməlidir. Bu, çox vacib məsələdir.

Bizdə bu Konvensiyaya qoşulmadan da qadın nazir müavinləri ola bilər. Ölkəmizdə o qədər savadlı, bacarıqlı qadın dövlət qulluqçularımız var ki... Amma plan qəbul olunsa və mexanizm işləməyə başlasa, artıq bunu etmək hökumət üçün mütləq olacaq. Qeyd edim ki, Gürcüstanda bunu çoxdan etməyə başlayıblar. Onlarda hətta baş nazirin qadın müavini də var. Plan qəbul olunandan sonra bu məsələ bizə də çox rahat şəkildə həyata keçiriləcək".


OXŞAR XƏBƏRLƏR

Vanqanın öncəgörmələri gerçəkləşməyə başlayıb? - Bu ölkə yox olacaq, neft isə...

Əfsanəvi bolqar ekstrasens Vanqanın öncəgörmələri daim gündəmdədir. Sfera.az milli.az-a istinadən xəbər verir ki, Vanqa Suriyadakı hərbi münaqişəni qabaqc...

SOS: Rusiyanı təbii fəlakətlər gözləyir – Təhlükə Azərbaycandan da yan keçməyəcək

Rusiya Təbii Sərvətlər və Ekologiya Nazirliyi Rusiyanı gözləyən iqlim təhlükələri barədə hesabat dərc edib. Sfera.az xəbər verir ki, bu haqda "Kommersant” ...

Dünyanın ən güclü qasırğası

NASA Sakit okeanda yaranan super qasırğa "Neru”nun kosmosdan çəkilmiş şəklini nümayiş etdirib. Şəkil beynəlxalq kosmik stansiyalardan biri tərəfindən çəkilib. ...

Harvard Universitetinin tarixi (Harvard University)

Boston vağzalında qatardan düşən solğun donlu bir qadın əri ilə Harvard Universiteti prezidentinin ofisinə üz tutdular. Onlar üçün ğörüş təyin olunmamışdı. Kat...

Sabah Azərbaycanda ilk çərşənbə qeyd olunacaq

Sabah fevralın 21-i Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunacaq.  Novruz bayramına 4 həftə qalanda insanlar həyat üçün vacib olan dörd ünsür...

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı proqnozlaşdırılır.  Ekologiya və Təbii Sərvətlər Nazirliy...