Azərbaycanda məhkəmənin vəzifəli şəxsinə cinayət işi başlanıldı

Azərbaycanda məhkəmənin vəzifəli şəxsinə cinayət işi başlanıldı
Azərbaycanda məhkəmə əməkdaşı barəsində cinayət işi başlanılıb.

Sfera.a xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Zərdab Rayon Məhkəməsinin vəzifəli şəxsinin vətəndaşı rüşvət verməyə təhrik edib pulunu ələ keçirməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Zərdab Rayon Məhkəməsində böyük məsləhətçi vəzifəsində işləmiş Elçin Səmədovun vəzifədə işləyərkən özünü məhkəmədə mülki iş üzrə qərar qəbul etmək səlahiyyəti olan hakimlə guya yaxın əlaqəyə malik olan şəxs kimi təqdim edib yaratmış olduğu inam və etibardan sui-istifadə edərək, həmin məhkəmənin icraatında olan mülki iş üzrə ona müraciət etmiş vətəndaşa köməklik edəcəyinə dair yalan vəd verməsinə, bu yolla da 2021-ci ilin may ayında xidməti otağında sonuncunun 5 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə, həmçinin həmin hərəkətləri ilə vətəndaşı rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Elçin Səmədova Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

İstintaq zamanı cinayət işi üzrə vurulmuş maddi ziyanın ödənilməsi təmin edilib.
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...