Azərbaycanda leytenant dostunu xilas etmək istəyərkən faciəvi şəkildə öldü - FOTOLAR
12:43 / 18.07.2018
8578
Dənizdə boğulan gənclərin meyiti tapıldı.
Bakının Sabunçu rayonunda dənizdə batan 1996-cı il təvəllüdlü İbrahimov Nicat və 1995-ci il təvəllüdlü Ağamalıyev Səlimin meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Sfera.az femida.az-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Ağamalıyev Səlim DİN-in Daxili Qoşunları Ali Hərbi Məktəbəni leytenant rütbəsinə yenicə bitirib. Əldə etdiyimiz məlumata görə, A.Səlim yeni işi ilə bağlı təyinat olunubmuş və bu ayın 24-də işə başlayacaqmış.
Qeyd edək ki, o, dostu Nicat İbrahimovu xilas etmək istəyərkən özü də dənizdə batıb.