Azərbaycanda jurnalistlərə güzəştli ipoteka krediti veriləcək

Azərbaycanda jurnalistlərə güzəştli ipoteka krediti veriləcək
Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Prezidentin Fərmanında qeyd edilir.

Fərmana görə, "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na 3.2.1-ci yarımbəndə aşağıdakı məzmunda 8-ci abzas əlavə edilir.

Yeni əlavəyə görə, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir.

Bu yeniliyə qədər şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxslər, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxslər, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər və idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) olan şəxslər güzəştli ipotekada yararlanmaq hüququ var idi.

Bundan əlavə həmin maddəyə 3.2.8-ci yarımbənd əlavə edilib:

Bu bənddə də göstərilir ki, ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli ipoteka şərtlərindən yararlana bilər.

Qaydaya əsasən, Fondun Himayəçilik Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri müəyyən olunana qədər, kredit üzrə illik faiz dərəcəsi 8 faizdən, güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.

OXŞAR XƏBƏRLƏR

Əli Həsənov ittihamlara CAVAB VERDİ: "Şahbaz adlı adam tanımıram"

"Mən Xural TV-yə baxmıram, o, adamla da əlaqədar heç bir şey demirəm”.  Sfera.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınları...

SON DƏQİQƏ: Tanınmış jurnalistin vəfatı xəbəri yayıldı - Bu ölkədə imiş...

Tanınmış jurnalist İradə Cəlilin vəfatı ilə bağlı xəbər yayılıb.   Jurnalistin yaxınları Yenicag.az-a verdikləri açıqlamada, "Ölüm xəbəri yalandı...

Fuad Vəlixanov vəfat etdi

Tanınmış televiziyaçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Vəlixanov vəfat edib.   Sfera.az-ın məlumatına görə, xeyli vaxtdır xəstəlikdən əziyy...

FHN kapitanın minaya düşməsilə bağlı cinayət işi açıldı - RƏSMİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) zabitinin Ağdamda mina partlayışı nəticəsində xəsarətləri alması fakt üzrə rayon hərbi prokurorluğunda cinayət işi başlanılı...

"YouTube", "Facebook", "TikTok istifadəçiləri bu halda cəzalana bilər – Hüquqşunasdan AÇIQLAMA

"YouTube", "Facebook", "TikTok" və digər sosial şəbəkə platformaları artıq həyatımızın bir parçasına çevirilib. Platformalardan sadəcə istifadə edənlərlə yanaşı...

Bakı yollarındakı SON VƏZİYYƏT

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Bu barədə Sfera.az-a Mə...