Azərbaycanda itmiş heyvanların axtarışını asanlaşdıracaq sistem istifadəyə veriləcək

Azərbaycanda itmiş heyvanların axtarışını asanlaşdıracaq sistem istifadəyə veriləcək
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) bütün kənd təsərrüfatı heyvanlarının (ilkin mərhələdə iribuynuzlu heyvanların və atların) identikləşdirilərək qeydiyyata alınması ilə yanaşı, hər bir heyvanın və heyvandarlıq məhsulunun "fermadan süfrəyədək” izlənməsinə imkan verdiyi üçün qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan Qida Təhülükəsizliyi Agentliyindən (AQTA) Sfera.az-a verilən məlumata görə, yeni yaradılacaq sistem vasitəsilə itmiş, oğurlanmış heyvanların axtarışı asanlaşacaq.

Sistem heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxdığı, neçə nömrəli heyvanın ətindən, yaxud südündən hazırlandığı, hansı istehsal müəssisəsində emal olunduğu barədə məlumatı, həmçinin digər zəruri məlumatları özündə əks etdirəcək.

Heyvanda tətbiq edilmiş peyvəndlər, habelə müalicəvi və profilaktik məqsədlə istifadə edilmiş baytarlıq preparatları və sair barədə məlumatlar da həmin sistemdə yer alacaq.
 

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...