Azərbaycanda "Instagram" istifadəçilərinin sayı AÇIQLANDI

Azərbaycanda
Bu ilin noyabr ayında Azərbaycanda "Instagram" sosial şəbəkə istifadəçilərinin sayı oktyabr ayı ilə müqayisədə 1,3% artıb.

Sfera.az xəbər verir ki, dekabrın 1-i tarixinə ölkə üzrə 4 037 400 nəfər aktiv "Instagram" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 39,7%-ni təşkil edir.

Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə istifadəçi sayı 21% və ya 708 400 nəfər artıb.

İstifadəçilərin 62,8%-i kişilər, 37,2%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 588 600) ibarət olub. Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 411 400 nəfərlə liderlik edir.

Qeyd edək ki, hazırda dünya üzrə aktiv "Instagram" istifadəçilərinin sayı 2 milyardı ötüb. Sosial şəbəkə sözügedən statistikanı 2018-ci ilin iyun ayından, yəni 1 milyard həddini keçəndən bəri açıqlamayıb.

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...