Azərbaycanda həkimlər arasında qalmaqal: “Atası yaşındasan, qızı niyə otağa salmışdın?” - VİDEO

Azərbaycanda həkimlər arasında qalmaqal: “Atası yaşındasan, qızı niyə otağa salmışdın?” - VİDEO
Bakıda yerləşən xəstəxanaların birində həkimlər arasında xoşagəlməz hal yaşanıb.

Sfera.az oxu.az-a istinadən bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimləri - Ağca Abbasova və Fizuli Əliyev xəstələrin yanında bir-birilərinin ünvanına xoşagəlməz ifadələr işlədiblər. 

Mübahisə zamanı xanım həmkarına əxlaqsız və tərbiyəsiz deyib. 

Fizuli Əliyev hadisəni lentə alıb və xəstələrin yanında həkimin onu təhqir etməsinə etirazını bildirib. 

Bu zaman Ağca Abbasova F.Əliyevin xəstəyə tibbi yardım göstərərkən onu öldürdüyünü bildirib:

"Reanimasiyadakı xəstəyə drenajı qoydun, enfizema oldu, öldü". 

İttihamlar arasında Aytac adlı xanımın həkimin otağında olması da səsləndirilib. 

"Xalqın qızıyla oturdun burada günlərlə. Sən o qızın atası yaşındasan. Niyə o qızı otağına salıb saatlarla danışırdın?", - deyə A.Abbasova bildirib.

Həmkarı isə ittihamlara cavabında bildirib ki, şöbə müdiri həmin xanıma intim münasibətdə olması barədə təklif edib. Və bu barədə onda video da var. 

İnstitutdan Oxu.az-a bildirilib ki, artıq yayılan videogörüntü ilə bağlı araşdırma aparılır. 
 


OXŞAR XƏBƏRLƏR

Bakıda gecə klubunda partlayışdan sonra DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib. Sfe...

Bakıda qumbaralar aşkarlanıb - VİDEO

Bakıda qumbaralar aşkarlanıb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "1...

Ötən sutka 52 yanğına çıxış olub - VİDEO

Ötən sutka Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən 52 yanğına çıxış, 2 kömək...

Bakı şəhər İcra Hakimiyyətinin qarşısında maşın aşdı - VİDEO

Bakı şəhəri, Səbail rayonu ərazisində ağır yol qəzası baş verib. Sfera.az xəbər verir ki hadisə şahidlərinin baku.ws-in "qaynar xətti”nə verdikləri məluma...

Zığ şosesində zəncirvari qəza - VİDEO

Bakıda zəncirvari avtomobil qəzası baş verib. Sfera.az  xəbər verir ki, hadisə Zığ şosesində qeydə alınıb. Qəza baş verən yerdən görüntüləri tə...

Zaurun verilişində qayınana gəlinin saçından tutub sürüdü - VİDEO

ATV kanalında yayımlanan "Bizimləsən” verilişində qalmaqal baş verib. Sfera.az xəbər verir ki, Zaur Baxşəliyevin proqramında iştirak edən gəlinlə qayınana...