Azərbaycanda dördgünlük İŞ REJİMİ tətbiq ediləcək? - VARİANTLAR

Azərbaycanda dördgünlük İŞ REJİMİ tətbiq ediləcək? - VARİANTLAR
"İşləyənlərin 65 faizinin əmək müqaviləsi olmadan işləməsi fonunda, dördgünlük iş rejiminin tətbiqi mümkünsüzdür”. 
 
Bunu Bizim.Media-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bir sıra ölkələrdə dördgünlük iş həftəsinə keçidlə bağlı müəyyən müzakirələrin getməsi fonunda Azərbaycanda da analoji rejimin tətbiqinin mümkün olub-olmamasından danışarkən deyib: 

"Rəsmi etirafa görə, bu gün Azərbaycanda işləyənlərin cəmi 35 faizi əmək müqaviləsilə işləyir. Yerdə qalan 65 faiz isə əmək müqaviləsi olmadan müxtəlif sahələrdə çalışır. Ona görə də Azərbaycanda hələ həmin 65 faizi qeyri-formal əmək bazarından formal əmək bazarına cəlb etmək problemi var. Bu səbəbdən mövcud vəziyyətdə Azərbaycanda da bir sıra digər ölkələrdə olduğu kimi, dördgünlük iş həftəsi rejiminin tətbiqi mümkün deyil”. 
 
Bununla belə, həmsöhbətimiz düşünür ki, hansısa özəl qurum sözügedən istiqamətdə şəxsi təşəbbüslər edə bilər və buna görə qanuna dəyişiklik etməyə ehtiyac yoxdur: 
 
"Hansısa bir şirkət dördgünlük və yaxud dördsaatlıq iş günü tətbiq etsə, heç kim ona heç nə deyə bilməz. Şirkət sadəcə səkkiz saatdan artıq iş tətbiq etsə, 12 saatlıq iş rejimi qoysa, onda qanun işə düşə bilər.
 
Amma dünyanın heç bir ölkəsində dövlət sektorunda sözügedən istiqamətdə heç bir eksperiment aparılmır. Lakin Avropadakı bəzi kommersiya qurumları işlərini optimallaşdırıb, bəzi işçilərini məsafədən işə keçirməklə kiçik ofislər götürürlər. Yaxud da elə bir sistem qururlar ki, işçi hasilat normasını səkkiz saat əvəzinə dörd saata, yaxud altı gün əvəzinə dörd günə icra edir, ona görə də sonda dördgünlük iş alınır. Azərbaycanda da hansısa biznes qurumu iş həcminin saxlanılması şərtilə xərclərə qənaət etmək üçün bu metoddan yararlana bilər. Heç bir biznes xeyri olmadığı təqdirdə iş saatı və ya iş gününün azaldılmasına getməz”.
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...