Azərbaycanda dəhşətli qəza - “TIR” 3 maşınla toqquşdu, ölən və xəsarət alanlar var – FOTO

Azərbaycanda dəhşətli qəza - “TIR” 3 maşınla toqquşdu, ölən və xəsarət alanlar var – FOTO
Bakı-Quba yolunda zəncirvari qəza baş verib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Şabranın Ağalıq kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "TIR” 3 minik avtomobili ilə toqquşub. Hadisədən sonra yük maşını yoldan çıxaraq aşıb. Hadisə nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var.

Xəsarət alan şəxslər Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlk ehtimala görə hadisə "TIR"-da yaranan texniki nasazlıq səbəbindən baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR