Azərbaycanda bu xəstəliklərin müalicəsinə 200 milyon manata yaxın pul xərclənəcək

Azərbaycanda bu xəstəliklərin müalicəsinə 200 milyon manata yaxın pul xərclənəcək
2022-ci ildə 8 xəstəliyin müalicəsi üçün dövlət büdcəsindən 187,4 milyon manat xərclənəcək. 

Sfera.az dövlət büdcəsinə dair sənədə istinadən bildirir ki, ən çox vəsait şəkərli diabet və xərçəng xəstəliyinin müalicəsi məqsədilə ayrılacaq. Şəkərli diabet xəstəliyinin müalicəsi üçün 48 milyon manat, xərçəng xəstəliyi ilə mübarizəyə 45,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. 

Xroniki böyrək çatışmazlığı xəstəliyi ilə mübarizəyə də böyük vəsait sərf ediləcək. Bu məqsədlə ayrılan vəsait 38,8 milyon manat olacaq. 

Digər xəstəliklərdən talassemiya ilə mübarizəyə 22,6 milyon manat, hemofiliya xəstəliyi üzrə mübarəzəyə 12,8 milyon manat, qanın bədxassəli xəstəlikləri ilə mübarizəyə 6,9 milyon manat, yoluxucu xəstəliklərin immunoprofilaktikasına 6,8 milyon manat, İİV/QİÇS‐in qarşısının alınması və onunla mübarizəyə 6 milyon manat ayrılacaq.

Qeyd edək ki, adıçəkilən xəstəliklərin müalicəsinə böyük məbləğdə vəsaitin ayrılmasına səbəb həmin xəstəliklərin genişlənməsidir. Xüsusən şəkərli diabet və xərçəng xəstəliyinin daşıyıcılarının sayının sürətlə artması müşahidə edilir. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Koronavirusun əlamət və ağırlaşmaları 2 il davam edir - Yapon həkimlər

Covid ağırlaşması ilə xəstəxanaya yerləşdirilən pasiyentlərin yarıdan çoxunda simptomlar 2 ilə yaxın qala bilir. Sfera.az xəbər verir ki, bunu Çin-yapon bir...

Bu dərmanın istifadəsi təkrar virus yaradır – XƏBƏRDARLIQ

ABŞ-da həkimlər və səhiyyə rəsmiləri "Pfizer"in evdə istifadə edilə bilən Paxlovid həbi ilə bağlı şübhələrin olduğunu bildiriblər.   Sfera.az xəbər verir...

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artdı - SİYAHI

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı ...

“TURKOVAC"-ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək

Türkiyənin koronavirusa qarşı yerli vakisini olan "TURKOVAC"ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir.   Sfera.az xəbər verir ki, b...

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər - Həyəcan TƏBİLİ

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər.   Sfera.az bildirir ki, bu barədə Amerikanın Corctaun Universitetində araşdırma aparılıb.   Qey...

Kimlərə səhər yumurta yemək olmaz? - Endokrinoloqdan açıqlama

Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid baıansını pozur. Sfera.az xəbər verir ki, endokrinoloq Yelena Ostrovskaya ürək-damar xəstəliklə...