Azərbaycanda 133 obyekt SÖKÜLDÜ - SƏBƏB

Azərbaycanda 133 obyekt SÖKÜLDÜ - SƏBƏB
Turizm marşrutları boyunca yol kənarlarındakı obyektlərin təmiri istiqamətində görülən işlər açıqlanıb.
 
Sfera.az xəbər verir ki, Dövlət Turizm Agentliyindən layihələndirmə işlərinin ilkin olaraq Şimal-Qərb turizm koridoru üzərində yerləşən və bu koridorun tərkib hissəsi olan Bakı üzrə Binəqədi və Abşeron rayonlarında, eləcə də Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında aparıldığı bildirilib.
 
"Görülən işlərin əsas məqsədi qeyd olunan rayonlarda yerləşən ticarət və istirahət, həmçinin digər obyektlərin yenidən müasir tələblərə cavab verməklə layihələndirilməsi, layihəyə uyğun olaraq texniki, konstruktiv cizgilərlə təmin edilməsindən ibarətdir.
 
Birinci mərhələdə Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarına Dövlət Turizm Agentliyi, rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə baxış keçirilərək 218 obyekt təsbit edilib. Bunlardan 108 obyektin qanunsuz tikilməsi və təhlükəsizlik amili nəzərə alınaraq sökülməsinə qərar verilib. Əsas hissəsi aşınmış yollar və yol mühafizə zonasına aid olan 218 obyektdən 110-nun yenidən layihələndirilməsinə qərar verilib. Hazırlanmış layihələr təqdim olunduqdan sonra layihədə nəzərdə tutulan işlər sahibkarlar tərəfindən həyata keçirilib”, - deyə qeyd olunub.
 
Vurğulanıb ki, əsas marşrut üzrə turistik iaşə obyektlərinin bir hissəsinin kiçik sahibkarlara məxsus olmasını, həmçinin sağlamlıq imkanları məhdud şəxslərin və Qarabağ müharibəsi əlillərinin mövcudluğu faktorunu nəzərə alaraq Dövlət Turizm Agentliyi tərəfindən onlara həvəsləndirici amil olaraq zəruri inventar və qurğular ödənişsiz təqdim olunub:
 
"Belə qurğuların kiçik bir hissəsi (sanitar qovşaqlar, mətbəx köşkləri, müxtəlif formalı söhbətgahlar, manqalxana, təndir köşkləri, stollar, skamyalar, mobil meyvə köşkləri, gül dibçəkləri və s.) quruculuq işlərinə vəsait xərcləyən orta sahibkarlıq subyektlərinə də təqdim olunub.
 
İkinci mərhələdə DTA və digər müvafiq qurum nümayəndələrinin birbaşa iştirakı ilə Binəqədi və Abşeron rayonundan keçən əsas marşrut üzərindəki iaşə və sənaye obyektlərinə, eləcə də bir neçə fərdi evə baxış keçirilib. Sulutəpə dairəsindən Müşfiqabad qəsəbəsi də daxil olmaqla 185 obyekt təsbit edilərək bunlardan 25-i həm yararsızlıq və baxımsızlıq amilindən, həm də yol mühafizə zolağına girməsi səbəbindən RİH tərəfindən sökülüb, alternativ yer təklif və təqdim olunub.
 
Ümumən DTA-nın vəsaiti ilə 120 obyekt, RİH tərəfindən isə 50 layihə hazırlanaraq təsdiqlənib. Layihələr sahibkarlara təqdim olunub və onlar tərəfindən icra edilib. İşlərin yekunu marşrut üzrə reklam lövhələrinin, həmçinin yol məlumat nişanlarının quraşdırılmasını özündə ehtiva edir. Sahibkarlıq subyektlərinə DTA tərəfindən dizayn nümunələri təqdim olunub və icrasını sahibkarlar özləri həyata keçiriblər. Ümumi yolboyu məlumat nişanları isə DTA-nın vəsaiti əsasında yerləşdirilib”./APA

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...