Azərbaycanda 1 həftə ərzində internetlə bağlı problemlər yaşanacaq? - AÇIQLAMA

Azərbaycanda 1 həftə ərzində internetlə bağlı problemlər yaşanacaq? - AÇIQLAMA
Bir neçə gün öncə Baktelekom CDMA şəbəkədə, onun baza stansiyalarında təkmilləşdirmə işlərinin  aparıldığını açıqlamışdı. Bununla əlaqəli məhz bu şəbəkə istifadəçilərində problemin olacağı elan edilib. Bundan sonra isə, sosial mediada ölkə üzrə internet təminatında problemlərin müşahidə ediləcəyi haqqında məlumatlar yayılıb.
 
Sfera.az-ın məlumatına görə, mövzu ilə əlaqəli Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki,  CDMA xidməti göstərən 3 operatorun ölkə üzrə təxminən 10 min müştərisi mövcuddur:

"”Baktelekom”un isə təxminən 2-3 min bu tip abunəçisi var. Bu simsiz telefonlar adətən "gəzdirilə bilən ev telefonu" adlanır. Əsasən 10-15 il əvvəl məhdud sayda istifadəyə verilib. CDMA texnologiyanı mobil olaraq da istifadə etmək mümkün olsa da,  bu xidməti göstərən operatorların mobil lisenziyası olmadığından onlar bu sahədə inkişaf edə bilməyiblər.

Baktelekom hazırda bu şəbəkədə, həmin 2-3 abonentə  ancaq səs-danışıq xidməti göstərir. Digər CDMA operatorlarda isə,  sözügedən xidmətlə bərabər bu texnologiya ilə  internet xidmətləri də var. Beləliklə, 14-21 fevral tarixlərində nəzərdə tutulan təkmilləşdirmə işləri ancaq "Baktelekom”un yalnız məhdud sayda olan  CDMA müştərilərinə aiddir”.

Ekspert, həmçinin əlavə edib ki, ölkə üzrə fiber-optik, GPON ADSL, Kabel TV, mobil, LTE, Starlink və s. kimi digər texnilogiyalarla da internetə qoşulanları hər hansı problem gözləmir.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bu telefon sahiblərinin DİQQƏTİNƏ! - Bu gündən “WhatsApp” işləməyəcək - SİYAHI

Mesajlaşma proqramı olan WhatsApp aprelin 30-dan etibarən bəzi cihazlarda fəaliyyətini dayandıracağını açıqlayıb.   Bir çox WhatsApp istifadəçilərinin is...

Donald Tramp “Twitter”ə qayıtdı – İlk paylaşımı gündəm oldu

Uzun müddət "Twitter” tərəfindən məhdudiyyətlər tətbiq edilən ABŞ-ın eks-prezidenti Donald Trampın sosial şəbəkəyə qayıdışı gündəm olub.     Sfer...

Müharibədən sonra Ermənistana və Gürcüstana kütləvi köç edənlər kimlərdir? – “Azərbaycana ailəlikcə gəlirlər...”

"İT şirkəti olan EPAM-ın minlərlə mütəxəssisi Rusiya -Ukrayna müharibəsindən sonra didərgin düşüb”. Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Foru...

Azərbaycanda bu avtomobilləri almaq asanlaşacaq: Kredit şərtləri sadələşdirilə bilər

Ölkəyə yenidən köhnə avtomobillərin gətirilməsində artım müşahidə olunur. Belə ki, 2016-cı ildə hər 6 avtomobildən 1-nin yaşı 5 ildən az, hər 3 avtomobildən 1-n...

"Google Maps" bu məlumatları yığışdırır – “Bakı sakinlərinin işi çətinləşəcək”

""Google Maps" xəritəsindən Bakının ictimi nəqliyyat marşrutlarına dair məlumatlandırma sisteminin yaxın günlərdə yığışdırılacağı ilə bağlı xəbər çox məyusedici...

Azərbaycanda internetdə problemlər yaranacaq

Rusiya-Ukrayna müharibəsi ilə bağlı Azərbaycan internetini gözləyən risklər var.   Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman...