Azərbaycan vətəndaşını qətlə yetirən iki erməninin məhkəməsi başlayır

Azərbaycan vətəndaşını qətlə yetirən iki erməninin məhkəməsi başlayır

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşını oğurlayaraq öldürməkdə təqsirləndirilən iki erməninin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq şəhər prokurorluğu məlumat yayıb.

İstintaqın məlumatına görə, hadisə ötən ilin sentyabr ayında baş verib. Azərbaycan vətəndaşının arvadı polisə həyat yoldaşının itkin düşməsi ilə bağlı ərizə iıə müraciət edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, Azərbaycan vətəndaşı ilə erməni Arman Arakelyan və Qayka Tadevosyan arasında mübahisə baş verib. İki erməni azərbaycanlını avtomobilinin yük yerinə qoyaraq şəhərdən kənar yerə aparıblar. Daha sonra orada onu bıçaqla qətlə yetiriblər. Azərbaycan vətəndaşının cəsədini torpağa basdırandan sonra onun avtomobilini yandırıblar.

Ermənilərin cinayət içi üzrə ibtidai istintaq yekunlaşıb, cinayət işi baxılması üçün Sankt-Peterburqun Puşkin rayon məhkəməsinə göndərilib.


OXŞAR XƏBƏRLƏR

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Azərbaycanda vəzifəli şəxs cərimələndi

Beyləqan rayonu, Birinci Şahsevən kəndi yaxınlığında tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb ...

Azərbaycanda dəhşətli statistika: İki gündə səkkiz nəfər özünü öldürdü

Azərbaycanda mayın 10-nu və 11-də 8 intihar hadisəsi olub. Onlardan 6-sı özünü asıb, 2-si isə digər üsullarla həyatlarına qəsd edib. Lent.az-ın ədə etdi...

Polis polkovniki vəfat etdi

Polis polkovniki Namiq Aslanov vəfat edib. Bununla bağlı sosial şəbəkələrdə məlumat verilib.   Bildirilib ki, uzun müddət daxili işlər orqanlarında mü...

DİN-dən zibillikdə tapılan qadınla bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə anlaqsız vəziyyətdə zibillikdən tapılan qadınla bağlı açıqlama yayıb.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-...

Ata 11 aylıq körpəsini qəsdən yerə çırpdı

Bakıda ata 11 aylıq övladını yerə çırpıb.   Sfera.az xəbər verir ki, hadisə bu gün saat 21 radələrində Yasamal rayonunun 4-cü Yasamal adı ilə tanınan ...