Azərbaycan Qazaxıstana gəmi hazırlayacaq

Azərbaycan Qazaxıstana gəmi hazırlayacaq

Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini, Sərhəd Xidmətinin direktoru, polkovnik Darxan Dilmanov ilə görüşüb.

Sfera.az  bildirir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında bütün istiqamətlər üzrə əməkdaşlığın səmərəli nəticələr verdiyi vurğulanaraq qeyd olunub ki, o cümlədən sərhəd mühafizəsi sistemində də əlaqələrin möhkəmləndirilməsi və xidmətlər arasında mütəmadi təcrübə mübadiləsinin aparılması ölkələrimizin mənafeyinə uyğundur. Odur ki, səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin struktur bölmələri, fəaliyyət sahələri, Akademiyası və xüsusi Məktəbi ilə tanışlıq qazaxıstanlı qonaqlar üçün faydalı olacaq.

Hər iki ölkənin Sərhəd xidmətləri arasında əməkdaşlıq imkanlarına toxunan tərəflər Xəzər dənizində sərhəd təhlükəsizliyi məsələlərində əlaqələri möhkəmləndirərək qeyri-leqal miqrasiyanın, qaçaqmalçılığın və digər qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün birgə əməliyyat-profilaktik tədbirlər keçirməyin səmərəli olacağını vurğulayıblar.

Bununla yanaşı, bildirilib ki, güclü iqtisadi potensiala malik Azərbaycanda Qazaxıstanın Sərhəd Xidməti üçün gözətçi gəmilərinin və qayıqların inşası, helikopterlərin və gəmilərin təmiri, Akademiya xətti ilə mütəxəssislərin hazırlanması, habelə Avropa ilə Asiya arasında mühüm körpü rolu oynayan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə tranzit yüklərin vaxtında və keyfiyyətlə daşınması üçün münbit şəraitin yaradılması qarşıda duran geniş fəaliyyət istiqamətlərindəndir.

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin də iştirak etdiyi görüşdə əməkdaşlığın perspektivlərinə dair tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Həbibin qələbəsi internetdə papaq bumu yaratdı

Yüngül çəkidə UFC çempion titulu uğrunda dağıstanlı döyüşçü Həbib Nurməməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında baş tutan döyüş azarkeşlərlə yanaşı ti...

Heç istifadə etməsək də üstdəki dəlik görün nə üçün imiş bilirsinizmi? - FOTO

Daha əvvəl fərq etdinizmi bilmirik, ancaq idman ayaqqabılarda ən yuxarıda əlavə iki ədəd dəlik yer alır. Sfera.az bildirir ki,bu dəliklər təbii ki, boşu boşuna...

Müdafiə nazirindən Qələbə Günü ilə bağlı əmr -FOTO

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib. ...

Ehtiyatlı olun: “WhatsApp”da tələ

"WhatsApp” vasitəsilə istifadəçilərə xüsusi viruslar göndərilir. Belə ki, istifadəçinin tələyə düşməsinin əsas səbəbi mesajı göndərənin kim olduğuna baxmamasıdı...

Erməni tankının izi belə qalmadı - VİDEO

Tankın qülləsi onlarla metr kənara uçub. Rusiyanın Donbas separatçılarını təbliğ edən news-front.info portalının reportyoru aprelin 2-dən 5-nə qədər qanlı...

Bakıda mindən çox bina söküləcək

Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilmə...