Azərbaycan hərbi gəmiləri Xəzərdə atəş açdı - VİDEO

Azərbaycan hərbi gəmiləri Xəzərdə atəş açdı - VİDEO
"Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığlı poliqonunda "Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin "Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetiriblər.

Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu mərhələdə gəmilərə hərəkətdə ikən üzən mina hədəfini artilleriya atəşi ilə məhv edilməsi tapşırılıb. Atışlar artilleriya qurğularından 200 metr məsafədən yerinə yetirilib. Gəmilərin vaxtında gəlməsinə və hədəflərin məhv edilməsinə görə beynəlxalq hakimlər briqadası qiymətləndirmə aparıb.

Yarışın nəticələrinə görə Rusiya komandası 40 balla birinci, Azərbaycan 38 balla ikinci, Qazaxıstan 36 balla üçüncü, İran dənizçiləri isə 20 balla dördüncü yerlərdə qərarlaşıblar.

Bu gün yarışların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.
 
 


OXŞAR XƏBƏRLƏR

Yoluxma hər gün artır - Azərbaycanda karantin rejimi uzadıla bilər - VİDEO

  Mayın 4-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması mümkün olsa da yoluxma sayında artımlar baş ve...

“Lotu Quli”nin yeni görüntüləri yayıldı – VİDEO

  Kriminal aləmdə "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun yeni görüntüsü yayılıb. Sfera.az xəbər verir ki, Sosial mediada paylaşılan  hə...

Saxlanılan erməni diversiya qrupunun komandiri danışdı - VİDEO

  Xəbər verdiyimiz kimi, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat ...

Karantin rejimi sentyabrın 1-dən ləğv edilir? - VİDEO

  Artıq 6 aydır ki, istəsək də, istəməsək də, koronavirusla birgə yaşamağa məcbur qalmışıq. Bir sıra dünya ölkələri sərt karantin rejimindən çıxıb v...

“Lotu Quli”nin heç yerdə olmayan görüntüsü yayıldı – VİDEO

  "Lotu Quli” ləqəbi ilə tanınan "qanuni oğru” Nadir Səlifovun yeni görüntüləri yayılıb. Video  mərhum "qanuni oğru” qardaşı Namiq Səlifovun oğlunu ...

“O toy deyil, toplantıdır” - DİN-dən Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı AÇIQLAMA

  "Ona açıqlama verdilər, dedilər ki, toy deyil, mən haradasa oxudum. Kimsə çıxıb dedi ki, o toy deyil, bir neçə nəfərin iştirakı ilə olan toplantı olub”....