Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - VİDEO

Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - VİDEO
Azərbaycan - Gürcüstan sərhədində yük avtomobillərinin sıxlığı müşahidə olunur. Təkcə Azərbaycan tərəfində 600 TIR  keçid üçün növbə gözləyir. "Sınıq Körpü" sərhəd-keçid məntəqəsində yaranan sıxlığın səbəbləri nələrdir ? 
 
Gürcüstan-Azərbaycan gömrük keçid məntəqəsində yük avtomobillərinin tıxacı yaranıb. Təkcə Azərbaycan tərəfində 600 Beynəlxalq yükdaşıma xidməti həyata keçirən TIR-lar növbə gözləyir. TIR parklarında günlərlə qalan sürücülər artıq bir aydır ki, bu cür sıxlığın müşahidə olunduğunu bildirirlər.  
 
Gürcüstandan Azərbaycana yükdaşımalarının sayının artması Ukrayna-Rusiya arasında gedən müharibə səbəbindən olduğu bildirilir.
 
Maşınların sayının kəskin artması nəticəsində ərazidəki TIR parkları tamamilə dolub. Gün ərzində Sınıq Körpü sərhəd-keçid məntəqəsində  Azərbaycandan 300 TIR-ın  keçidi təmin edilir. Məntəqədən Xəzər Xəbərə verilən açıqlamada bildirilib ki, Gürcüstan tərəfi əgər  TIR və digər yük avtomobillərinin yoxlanması və qeydiyyatını intensivləşdirsə Azərbaycan tərəfi nəqliyyat vasitələrinin maneəsiz və daha tez keçidini təmin edə bilir. Hazırda "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququ olan yük avtomobillərinin keçidi isə 24 saat ərzində fasiləsiz təmin olunur. Hazırda məntəqədə daha 80 yük avtomobili "Yaşıl dəhliz" vasitəsi ilə keçid üçün növbə gözləyir.


OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...