Azərbaycan 2022-ci ildə koronavirusa tam qalib gələcək? - "Növbəti “Omikron” dalğası qaçılmazdır, ancaq..."

Azərbaycan 2022-ci ildə koronavirusa tam qalib gələcək? -
"Azərbaycan 2022-ci ili 2021-ci ildən daha da yaxşı keçirəcək. Bu fikirlər həmişə olduğu kimi mənim şəxsi fikirlərim deyil, elmin Azərbaycan haqqında dediyi fikirlərdir”.
 
Sfera.az bildirir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib. 

O bildirib ki, vətəndaşlar normal həyata qayıdış istəyi nöqteyi nəzərdən sevinə bilər:

"Önəmli tədqiqatlar barədə qısa da olsa bildirim:

- Peyvənd almayanların "Omikron” ştamına yoluxma zamanı "Delta” ilə müqayisədə xəstəxanaya düşmə riski 24 faiz azalıb.

- Avstraliyada yuxarı yaş qruplarının 95 faizə qədəri peyvənd olunub. Orada aparılan tədqiqata əsasən, peyvənd olunanlar arasında "Omikron”a yoluxma zamanı "Delta” ilə müqayisədə xəstəxanaya düşmə kvotası 50 faizdən çox azalıb.

- Bütün bu faktlar onu deməyə əsas verir ki, "Omikron” bu gün üçün ən optimal postpandemiya virusudur, yəni endemik vəziyyətə ən uyğun virus. Bu gün elmin arzuladığı da məhz pandemik vəziyyətdən epidemioloji olaraq qısa zamanda endemik vəziyyətə keçməkdir”.

N.Abdullayev bildirib ki, növbəti "Omikron” dalğası qaçılmazdır:

"Öncədən də tətbiq edilən və bu gün davam etdirilən doğru strategiyalar o dalğa zamanı da qalib gələcək. Azərbaycanda göstərilən səhiyyə xidmətlərinin inkişafı COVID-19-a qarşı mübarizədə ciddi şəkildə pozitiv istiqamətdə inkişafa səbəb ola bilər. Bir daha vurğulayıram ki, normal həyata qayıdış nöqteyi-nəzərdən Azərbaycan 2022-ci ili 2021-ci ildən daha da yaxşı keçirəcək”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Ramazan sonrası hansı şəkildə qidalanmaq lazımdır – Mütəxəssisdən AÇIQLAMA

Məlum olduğu kimi Ramazan ayı boyunca oruc olan şəxslər gün ərzində normal qidalana bilmir. 1 ay ərzində saatlarla davam edən aclıq və susuzluq sonradan bəzi şə...

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə DƏYİŞİKLİKLƏR ediləcək

Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Bunu İcbari Tibbi Sığorta üzrə Döv...

Son sutkada yoluxanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda bu gün koronavirus infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər verir ki,...

Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ ...