Azad edilən ərazilərə köç etmək istəyənlərin NƏZƏRİNƏ: Tələblər nələrdir? - VİDEO

Azad edilən ərazilərə köç etmək istəyənlərin NƏZƏRİNƏ: Tələblər nələrdir? - VİDEO
Artıq bir müddətdir ki, işğaldan azad olunan və mina təhlükəsi olmayan bəzi rayonlara arı təsərrüfatları və qaramalın köçü başlanıb. Ancaq hələlik bu köç kütləvi hal almayıb.
 
 
Şəkidə məskunlaşan laçınlı fermerlər bildirirlər ki, azad edilən ərazilərə qaramal aparılması üçün tələb olunan şərtlər xeyli çətindir. 200 baş qoyun, 50 baş mal limiti onlara çətinlik yaradır. Yəni, orta və xırda təsərrüfatları olanlar bu imkanlardan istifadə edə bilmirlər.
 
 
Fermerlər problemdən çıxış yolu kimi yaylağa bir neçə təsərrüfatın birləşərək köçməsini təklif edirlər.
 
 
Sakinlərin sözlərinə görə, onlardan say limiti ilə yanaşı əlavə işçi qüvvəsi də tələb olunur ki, bu da köçü daha əlçatmaz edir.
 
 
Məsələni aydınlaşdırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov "Xəbər Ertəsi”nə bildirib ki, hazırda yalnız Kəlbəcər, Qubadlı və Laçından olan fermerlərin həmin rayonlara köçü mümkündür.
 
 
Bunun üçün də onlar subsidiya almalı və təsərrüfatlarında minimum 40 arı ailəsi olmalıdır. Qaramal köçünə dair tələblər isə dəqiqləşdirilir. Nazirlik rəsmisi yaxın günlərdə bununla bağlı ətraflı məlumat veriləcəyini bildirib.
 
 
Daha ətraflı süjetdə:
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...