Avtomobil yanğınları artır - Səbəb nədir? / VİDEO

Avtomobil yanğınları artır - Səbəb nədir? / VİDEO
Havalar isinən kimi avtomobillərin qəfildən alışması halları qeydə alınır. Son günlər Bakıda və rayonlarda bir neçə avtomobil yanıb.
 
Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, Suraxanı rayonunda hərəkətsiz vəziyyətdə olan avtomobil qəfildən alovlanıb.
 
Avtomobil sahibi və ətrafda olanlar dərhal yanğına müdaxilə ediblər. Hadisə yerinə gələn yanğınsöndürənlər alovları ram ediblər.
 
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın avtomobilin mühərrik hissəsində olub.
 
Bənzər hadisə Zaqatala rayonunda da olub. Təmir sexində dayanan avtomobil qəfil alışıb. Hadisələr zamanı xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinin sahibinə külli miqdarda ziyan dəyib. Maraqlısı budur ki, payız və qış aylarında nəqliyyat vasitələrində belə hadisələrə nadir hallarda rast gəlinir. Son günlər havaların bir az isinməsilə belə hallar artır.

Avtomobil ustası Sahil Ağabəyli deyir ki, yanğınlar adətən avtomobilin elektrik naqilləri və yanacaq sistemindən mühərrikə gedən borulardakı nasazlıq nəticəsində əmələ gəlir.
 
Ustanın fikirincə, istehsal ili 5 ildən çox olmayan avtomobillərdə baş verən yanğınlar adətən məsuliyyətsizlik səbəbindən yaranır.
 
Ustalar məsləhət görürlər ki, sürücülər avtomobilin mühərrik hissəsinə əlavə vasitələr qoymamalı və yaranan xırda nasazlığa həssas yanaşmalıdırlar.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 


OXŞAR XƏBƏRLƏR

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Azərbaycanda vəzifəli şəxs cərimələndi

Beyləqan rayonu, Birinci Şahsevən kəndi yaxınlığında tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb ...

Azərbaycanda dəhşətli statistika: İki gündə səkkiz nəfər özünü öldürdü

Azərbaycanda mayın 10-nu və 11-də 8 intihar hadisəsi olub. Onlardan 6-sı özünü asıb, 2-si isə digər üsullarla həyatlarına qəsd edib. Lent.az-ın ədə etdi...

Polis polkovniki vəfat etdi

Polis polkovniki Namiq Aslanov vəfat edib. Bununla bağlı sosial şəbəkələrdə məlumat verilib.   Bildirilib ki, uzun müddət daxili işlər orqanlarında mü...

DİN-dən zibillikdə tapılan qadınla bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə anlaqsız vəziyyətdə zibillikdən tapılan qadınla bağlı açıqlama yayıb.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-...

Ata 11 aylıq körpəsini qəsdən yerə çırpdı

Bakıda ata 11 aylıq övladını yerə çırpıb.   Sfera.az xəbər verir ki, hadisə bu gün saat 21 radələrində Yasamal rayonunun 4-cü Yasamal adı ilə tanınan ...