“Avroviziya”da Azərbaycandan səsverməni kim elan edəcək?

“Avroviziya”da Azərbaycandan səsverməni kim elan edəcək?
 İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) "Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.

İTV-dən Sfera.az-a verilən məlumata görə, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri İctimai TV-nin tanınmış aparıcısı Nərmin Salmanova elan edəcək.

Aparıcı yarışmanın qaydalarına əsasən, mayın 14-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.

Qeyd edək ki, yarımfinal mərhələləri mayın 10-da və 12-də keçiriləcək mahnı müsabiqəsində təmsilçimiz Nadir Rüstəmli "Fade To Black" adlı mahnı ilə ikinci yarımfinalda çıxış edəcək.

Şüarı "The Sound of Beauty"dir ("Gözəlliyin Səsi") olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə tanınmış müğənni, bəstəkar Murad Arif olacaq. Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanacaq.

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...