Avropada möhtəşəm layihə - 4 milyard avroya

Avropada möhtəşəm layihə - 4 milyard avroya
İsveç və Danimarka hökumətləri Kopenhagen və Malmö şəhərlərini birləşdirən sürətli metro xətti çəkilməsini planlaşdırırlar.
Kopenhagen meri Frenk Censen və Malmö meri Katrin Styernfeldt Cammex Malmödə keçirilən görüşdən sonrakı mətbuat konfransında bu iki şəhər arasında metropolitenin 2035-ci ilə qədər tikilə biləcəyini söyləyiblər.

Onların sözlərinə görə, sürətli nəqliyyat əlaqəsi yeni iş yerləri açılmasını təmin edəcək, sərnişinlərin yolda olma müddətini qısaldacaq və regionun investisiya potensialını yaxşılaşdıracaq.

Hazırda İsveç ilə Danimarka arasında avtomobil və dəmiryol əlaqəsi Eresunn körpüsü vasitəsilə həyata keçirilir. Yeni metro xətti bu körpüdən və Eresunn körfəzindən keçəcək.
Bu gün Eresunn körpüsündən avtomobil və dəmiryol xətlərinin ümumi buraxıcılıq qabiliyyəti 1,3 milyon nəfərdir. Metro istifadəyə veriləndən sonra isə bu rəqəm təqribən 2,3 milyona çatacaq.

Şəhərlər arasında qatarların 1,5 dəqiqə intervalla yola düşməsi nəzərdə tutulur. İki şəhər arasında yola sərf edilən vaxt 23 dəqiqə olacaq, bu isə hazırda həmin məsafənin qət edilməsi üçün zəruri vaxtdan iki dəfə azdır.

Malmö meri Katrin Styernfeldt Cammex qeyd edib ki, metro Şimali Avropanın işgüzar bazarı üçün strateji əhəmiyyət kəsb edir. Şimali Avropa ölkələri Avropanın xəritəsində daha mühüm nöqtəyə çevrilə bilərlər.

Qeyd edək ki, metro layihəsinin hazırlanması ilə əlaqədar işlərin görülməsi üçün Danimarka və İsveçin biznes nümayəndələrindən və tədqiqatçılardan ibarət məşvərət şurası yaradılıb. Yerli KİV-lərdə verilən məlumata görə, layihənin nəzərdə tutulan dəyəri 30 milyard Danimarka kronuna (təxminən 4 milyard avroya) bərabərdir./AZƏRTAC
 

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...