Atasını güllələyərək öldürdü
09:25 / 15.02.2022
952
Tovuzda oğul atasını güllələyərək öldürüb.
Sfera.az-ın məlumatına görə, hadisəni əslən Tovuz rayonundan olan Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Ceyhun Əliyev törədib.
O, ov tüfəngi ilə atası, 1947-ci il təvəllüdlü Qamət Əliyevi güllələyərək qətlə yetirib.
C.Əliyevin psixoloji problemlərinin olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
(Qafqazinfo)