“Astarxan Anar” və dəstəsi saxlanıldı - VİDEO

“Astarxan Anar” və dəstəsi saxlanıldı - VİDEO
Binə qəsəbəsi Südçülük Sovxozu adlanan ərazidə əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Anar İsmayılov və onun başçlıq etdiyi dəstənin üzvləri tutulublar.

Sfera.az DİN mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dəstə başçısı Anar İsmayılovun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 1 kiloqramdan artıq heroin, 1 ədəd "F-1 əl qumbarası”, 1 ədəd "Lankaster” markalı tüfəng, 1 ədəd "Makarov” konstruksiyalı tapança və 25 ədəd patron aşkar edilib. Onunla birlikdə saxlanılaraq 3-cü Polis Şöbəsinə gətirilən dəstə üzvləri Ehtibar Quliyev, Ceyhun Əhədzadə, Elvin Hacıyev, Həmid İsmayılov və Sənan Tahirovun üzərindən də müxtəlif növ narkotik maddə aşkar edilib.

Araşdırma zamanı dəstə üzvlərinin paytaxtın Xəzər, Suraxanı və digər rayonlarında çoxlu sayda oğurluq cinayətləri törətdikləri məlum olub. Həmçinin onların Anar İsmayılovun tapşırığı ilə ticarətlə məşğul olan müxtəlif şəxslərə hədə-qorxu gələrək zərərçəkənlərdən qanunsuz olaraq pul tələb etdikləri müəyyən edilib.
Saxlanılan şəxslər barəsində 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Anar İsmayılov və dəstənin digər üzvləri barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə Cinayət İşi başlanılıb. Onların hər bir barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların digər cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Dəstə üzvlərinin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dəstə rəhbəri Anar İsmayılov "Astarxan Anar” ləqəbi ilə tanınıb. 
 

 

OXŞAR XƏBƏRLƏR

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Muzeylərdə “açıq qapı” aksiyası keçirilir – FOTOREPORTAJ

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü (İnternational Museum Day) kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabe...

Qafqaz - İberoamerika Düşüncə Mərkəzi Aİ - AZƏRBAYCAN biznes forumunda - FOTOLAR

Mayın 17 - də Avropa İttifaqı - Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Avropadan rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sa...

Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırıldı - FOTOLAR

İctimai Xadim, İş Adamı, "Ganjavi Holding"-in prezidenti Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırılıb. Sfera.az xəbər veri...

“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin etdi - FOTO

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı marafonu - 2022” baş tutub. "Küləyə qalib gəl” şüarı altında sayca 5-cisi keçirilən marafonun mühafizə...

İlham Əliyev və Ərdoğanın qatıldığı Rize-Artvin Hava Limanının açılışından maraqlı FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və...