Aşpaz Mənsimovun Əfqanıstanda “döyüşməsi”... - Müdafiə Nazirliyi təkzib edir

Aşpaz Mənsimovun Əfqanıstanda “döyüşməsi”... - Müdafiə Nazirliyi təkzib edir
"Palmali Holding”in prezidenti Mübariz Mənsimov haqqında qalmaqallar səngimir. Fətullahçı Terror Təşkilatına (FETÖ) bilərək köməklik etdiyinə görə 5 il müddətinə haqqında hökm çıxan Mənsimov həbs olunması, kriminal aləmdə "Lotu Quli” adı ilə tanınan avtoritet Nadir Səlifovla telefon danışığı, məşhur mafiya başçısı Sedat Pekərlə münasibətləri haqqında dedikləri ilə reaksiyalara səbəb olub.

Son zamanlar diqqətçəkən məqamlardan biri də Mübariz Mənsimovun Əfqanıstanda hərbi xidmətdə olması barədə dedikləridir. "Mən iki dəfə Əfqanıstanda döyüşlərdə olmuşam, ora ezamiyyətə göndərilmişəm”, - o vurğulayıb.
 
"Haqqin.az” portalının baş redaktoru Eynulla Fətullayev iş adamının hərbi xidmət dövrü ilə bağlı araşdırma aparıb. O, sosial hesabında yazıb ki, Mübariz Mənsimovla bağlı Müdafiə Nazirliyinə sorğu göndərib və aşağıdakı məzmunda cavab alıb: 
 
"22.03.1968-ci il təvəllüdlü Mənsimov Mübariz Qurbanəli oğlu. 12.07.1987-14.04.1989-cu illərdə keçmiş sovet ordusunun 145 nömrəli hərbi hissəsinin hərbi qida məktəbində xidmət edib. Hərbi uçot ixtisası - Qoşun Qidasının aşpazı. Keçmiş SSRİ SQ-nin 145 nömrəli Hərbi Aşpazlar Məktəbi Almaniyada Sovet Qoşunları Qrupunun 20-ci Qvardiya Ümumqoşun Ordusu tərkibində Finovfurt şəhərində dislokasiya olunmuşdur. Sonradan hərbi hissə RF-nin Çita vilayətinin ərazisinə köçürülmüşdür.

Hərbi xidmətdən tağım komandirinin müavini kimi çavuş rütbəsində tərxis olunub. Hazırda SHXÇDX-nın Nizami Rİ-də hərbi qeydiyyatdadır. 31 nömrəli peşə məktəbini montajçı ixtisası üzrə bitirib”.

Beləliklə, aşpaz Mənsimovun Əfqanıstanda "döyüşməsi” əhvalatı öz təsdiqini tapmayıb.
 

OXŞAR XƏBƏRLƏR

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Prezident Administrasiyasının bu şöbəsi ləğv olundu

Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsi ləğv edilib. Sfera.az-ın məlumatına görə, şöbənin adı president.az saytında "Struktur” bölməs...

Rəşad Dağlı danışdı - Onu üzr istəməyə kim məcbur edib? - VİDEO

Meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə deyişmə zamanı "Xomeyni çöküb qalıb, Behcəti "naqruska”dadır” kimi ifadələr işlətdiyi üçün təhdid olunduğuna görə üz...

Rusiyalı məşhur qadınla eşq yaşayan azərbaycanlı kimdir? - ŞOK DETALLAR/FOTOLAR

Dünyaca məşhur balerina Anastasiya Voloçkovanın yeni sevgilisinin azərbaycanlı taksi sürücüsü olduğu deyilsə də bu məlumat həqiqəti əks etdirməyib. Sfera.az...

Azərbaycanda itləri kütləvi şəkildə güllələdilər - VİDEO

Bərdə rayonunda küçə itlərini kütləvi şəkildə öldürüblər.   Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayı...