Arvadını öldürüb qayınanasını yaralayan şəxs biznesmen imiş - TƏFƏRRÜAT

Arvadını öldürüb qayınanasını yaralayan şəxs biznesmen imiş - TƏFƏRRÜAT
Mayın 8-də günorta saatlarında Sumqayıtda kişinin həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməsi, qayınanasını isə yaralaması hadisəsinin bəzi detalları məlum olub.

Sfera.az xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, Qurd dərəsi yaşayış massivində 41 yaşlı həyat yoldaşı İlahə İsgəndərovanı 13 bıçaq zərbəsi ilə öldürən, qayınanası İ.Nağıyevaya isə xəsarətlər yetirən Tofiq Həsənov biznesmendir. Belə ki, o, Rusiyada fəaliyyət göstərib və ticarətlə məşğul olub.

İlkin məlumata görə, hadisə ailədə pula görə bir müddət əvvəl yaranmış münaqişəli vəziyyətə görə baş verib. Belə ki, T.Həsənov mənzildə saxladığı 180 min manat pulun müəmmalı şəkildə yoxa çıxdığını bildirib. O, həmin vaxt pullarının itməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. İş adamı külli miqdarda vəsaitinin həyat yoldaşı və qayınanası tərəfindən ələ keçirildiyini iddia edib.

Bundan sonra onların münasibəti daha da pisləşib və ayrı yaşamağa başlayıblar. İlahə İsgəndərova anası ilə birgə Qurd dərəsində yeni aldıqları evdə yaşamağa başlayıb.

Bildirilir ki, əvvəllər də məhkumluq həyatı yaşamış T.Həsənov mayın 8-də həyat yoldaşı və qayınanasının yaşadığı evdə olarkən pul mübahisəsinə görə növbəti dəfə münaqişə yaranıb. Bu zaman o, İ.İsgəndərovanı öldürüb, qayınanasına isə xəsarətlər yetirib.

T.Həsənov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir. (Qafqazinfo)
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...