Artıq insanlar barmaq izindən deyil, yerişindən TANINACAQ

Artıq insanlar barmaq izindən deyil, yerişindən TANINACAQ
Hər fərdin özünəməxsus gəzmək tərzinə sahib olmasından ilhamlanan elm adamları süni intellekt texnologiyasından istifadə edərək şəxsiyyəti təyin etmək üçün yeni bir sistem ərsəyə gətirib.

Sistemdə minlərlə addım həm yerə yerləşdirilən təzyiq əyləcləri, həm də yüksək keyfiyyətli kameralar vasitəsilə müşahidə edilib.
"Sinir şəbəkəsi” adlandırılan süni intellekt hər bir yeriş tərzindəki ağırlığın paylanmasını, sürətini və 3D ölçülərini analiz edib və insanların gəzişindəki spesifik cəhətləri təyin edib.

"SfootBD” adı verilən addım tanıma sistemi proqramının yaradıcılarından olan Mançester Universitetinin kompüter mühəndisi Omar Kostilla Reyes, təxminən, 24 fərqli faktor və davranışın insanların özünəməxsus, fərqli yeriş tərzinə sahib olmalarını təmin etdiyini söyləyib.
Layihədə yeriş tərzinin dəyişdirilməsi ilə süni intellektin səhv edib-etməyəci də sınaqdan keçirilib. Sistem yalnız 0,7% xətaya yol verib.
"SfootBD” gələcəkdə hava limanları daxil olmaqla, təhlüksəzlik nəzarət məntəqələri olan yerlərdəki barmaq izi və ümumi yoxlanış aparatları kimi tətbiqlərin yerini alacaq.

Süni intellektdən istifadə edilən yeni sistemin əvvəlki üsullardan 380 qat daha həssas olduğu bildirilir. Barmaq izi və digər üsullarla müqayisədə daha aqressiv olsa da, passiv təbiəti ilə yeni sistemdən gizlicə istifadə oluna bilər. Lakin sistem təzyiq əyləcləri və yüksək keyfiyyətli kameralarla işlədiyi üçün istənilən yerdə istifadə olunması çətindir.
Digər bir problem isə sistemin sadəcə verilənlər bazası, yəni proqram qədər güclü ola bilməsidir. Yalnız gəzmək tərzi sistemə əvvəldən köçürülmüş insanlar tanına bilir./publika.az
 

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...