Aqşin Fatehlə şəriki arasında dava - Xəsarət alan var, cinayət işi açıldı

Aqşin Fatehlə şəriki arasında dava - Xəsarət alan var, cinayət işi açıldı
Tanınmış meyxanaçı Aqşin Fatehlə şəriki arasında dava düşüb, xəsarət alan var.

Sfera.az xəbər verir ki, hadisə A.Fatehin işlətdiyi "ByFateh1” restoranında baş verib.

Hadisəyə səbəb A.Fatehlə şəriki Füzuli Alıyev arasında baş verən narazılıq olub.

Məlumata görə, A. Fatehlə F. Alıyev 8 ay əvvəl şərik restoran açıblar, amma bir neçə ay sonra şəriklər arasında problemlər yaranıb.

Aprelin əvvəlindən F. Alıyev A. Fatehi restorana buraxdırmayıb və onlar arasında mübahisə yaranıb, şəriklik müqaviləsinə xitam verilib.

Aprelin 17-də isə A. Fateh bir neçə nəfərlə restoranda olan əşyalarını, özünə məxsus bəzi texnikalarını götürmək üçün oraya gedib.

Bu vaxt tərəflər arasında dava düşüb. Restoranı işlədənlər "102” xidmətinə və Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət ediblər.

Onlar iddia ediblər ki, A. Fateh kriminal qruplaşmanın bir neçə üzvü ilə restorana hücum çəkib, əllərində bıçaqla onları hədələyiblər, zor tətbiq ediblər. Bu zaman restoranda gül satan qız isə zədələnib.

Qarşı tərəf bunun böhtan olduğunu, onlara məxsus əşyaları mənimsəmək üçün və qisas məqsədi ilə belə bir şikayət verildiyini bildirib.

Məsələ ilə bağlı 6-cı Polis Bölməsi şikayətçilərin iddialarının əsassız olmasını, heç bir sübut olmadığını əsas gətirərək şikayəti rədd edib.
 
Lakin şikayətçilər Binəqədi Polis İdarəsinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) şikayət ediblər.
 
Bundan sonra Binəqədi Polis İdarəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. (Bakupost.az)
 

OXŞAR XƏBƏRLƏR

Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə vəfat edib. Sfera.a...

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı or...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Bakı metrosunda həyəcanlı anlar - Nasazlıq YARANDI

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.   "...

Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi

Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub. Sfera.az bildirir ki,"Qafqazinfo”nun əldə etdiyi məlumata görə...

Qərargah rəisindən yanğınla bağlı AÇIQLAMA: 7 nəfər təxliyə edilib

Bu gün saat 22:29 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş ver...